Klass XL tarifində

Qoşulmaq üçün
* 210 #
Qoşulma PULSUZDUR.

  • 250
    Dəq

  • 1000
    MB

  • Pulsuz
    WhatsApp

Əlavə üstünlüklər:

  • Məlumat Mərkəzi 555-ə zəng - pulsuz
  • Balansın yoxlanılması *100#YES – pulsuz
  • Ulduzum

Klass XL

21.09.2017 tarixinə kimi Klass XL tarifinə qoşulmuş abunəçilər, yeni təklifləri *210#YES yığmaqla aktivləşdirə bilərlər.

Klass XL
Aylıq abunə ödəndikdə, qiymətə daxildir:
Aylıq abunə 10 AZN
Ölkədaxili zənglər üçün 250 dəqiqə
Ölkədaxili İnternet 1000 МВ
WhatsApp istifadəsi PULSUZ*
Paketin müddəti çıxmamış pulsuz dəqiqələr, İnternet bitəndən sonra qiymətlər:
Şəbəkədaxili zənglər (1 dəqiqə) 0.06 AZN
Şəbəkəxarici zənglər (1 dəqiqə) 0.06 AZN
Ölkədaxili SMS 0.03 AZN
Beynəlxalq SMS 0.10 AZN
MMS 0.05 AZN
İnternet (100MB) 0.89 AZN*
Ölkədaxili zənglərin tarifikasiya müddəti 30 saniyə
İnternetin tarifikasiya intervalı 100 КВ
Aylıq abunə ödəmədikdə
Şəbəkədaxili zənglər (1 dəqiqə) 0.08 AZN
Şəbəkəxarici zənglər (1 dəqiqə) 0.08 AZN
Ölkədaxili SMS 0.06 AZN
Beynəlxalq SMS 0.10 AZN
MMS 0.05 AZN
İnternet (1MB) 0.35 AZN
Ölkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə
İnternetin tarifikasiya intervalı 100 КВ
Beynəlxalq zənglər
Həftəiçi və bütün rəsmi iş günlərində 0.32 AZN
Hər gün saat 00:00-08:00 arası, həftəsonu (şənbə-bazar), bütün rəsmi qeyri–iş günlərində 0.24 AZN
Beynəlxalq zənglərin tarifikasiya müddəti 60 saniyə

* Paketin müddəti çıxmamış pulsuz İnternet bitəndən sonra “yüksək sürət” xidməti aktivləşir və avtomatik olaraq 89 qəpik müqabilində balansınıza 100 MB trafik yüklənəcək və İnternetinizin sürəti yüksək olaraq qalacaq.Balansınızda 89 qəpikdən daha az vəsait olarsa İnternetin sürəti 64 kbps enəcək. 89 qəpiyin avtomatik olaraq balansdan çıxılmasını dayandırmaq üçün *445*0#YES yığın. Yüksəksürətli İnternetdən istifadəni davam etdirmək üçün Siz həmçinin Sür@ internet paketlərini aktivləşdirə bilərsiniz.

* PULSUZ WhatsApp yazılı mesajlara şamil edilir. WhatsApp ilə şəkil, audio, video və digər fayllar göndərildikdə balansınlzdakı İnternet trafikdən istifadə ediləcək.

* 101, 102, 103, 104, 199, 186, 112, 152, 161 nömrələrinə zənglər pulsuzdur. Paketin nəzdində təqdim edilmiş dəqiqələr başqa qısa nömrələrə zənglər üçün istifadə edilə bilməz.

Klass XL tarifini əldə etmək

İstənilən Bakcell Müştəri Xidmətləri Mərkəzindən yaxud diler mağazasından Klass nömrəsi almaqla siz Klass tarifinə qoşula bilərsiz. Klass nömrəsini aktivləşdirmək üçün balansınızı artırın yaxud *500#YES yığın. Klass nömrəsi aktivləşəndən sonra Klass XL tarifinə keçmək üçün *210#YES yığın. Klass nömrə aktivləşdirildiyi gün ilk aylıq ödənişə 5 AZN güzəşt alacaqsız.

Siz həmçinin CIN tariflərindən Klass XL tarifinə pulsuz keçə bilərsiz. Sadəcə *210#YES yığın. Business tarifindən Klass tarifinə keçmək üçün Müştəri Xidmətləri Mərkəzinə yaxud Bakcell-IM ofislərinə müraciət edin.

Paketdə istifadə edilməmiş dəqiqələr və İnternet növbəti aya əlavə edilir

  • Aylıq paketdə təqdim edilən dəqiqələr və İnternet trafiki cari ayda tükənməzsə növbəti ayın paketinə əlavə edilə bilər.
  • Əgər tarifin aylıq abunə haqqı vaxtında ödənilərsə, yəni, aylıq abunə çıxılan gündə balansda kifayət qədər vəsait olarsa, cari ayda istifadə edilməmiş dəqiqələr, İnternet trafiki növbəti ayın paketinə əlavə ediləcək.
  • Növbəti ayda ilk olaraq yeni ayın paketində olan resurslar (dəqiqələr, İnternet trafiki) istifadə ediləcək.
  • Yeni ayın paketi tükənəndən sonra keçən aydan qalan paket istifadə ediləcək.
  • Əgər yeni ayın paketi də tükənməzsə, o zaman, keçən aydan qalan paket silinəcək, lakin cari ayın paketində qalmış resurslar (dəqiqələr, İnternet trafiki) növbəti ayın paketinə əlavə ediləcək.

Nümunə: Klass XL tarifində aylıq abunə haqqı vaxtında ödənilərsə

  • Yanvar ayının paketindən qalıb 3 dəqiqə və 5 MB.
  • Fevral ayının 250 dəqiqə və 1000 MB paketinə + yanvardan qalmış 3 dəqiqə və 5 MB
  • Fevral ayının paketindən qalıb 1 dəqiqə və 4 MB.
  • Mart ayının 250 dəqiqə və 1000 MB paketinə + yalnız fevraldan qalmış 1 dəqiqə və 4 MB.

* Əgər abunəçi kod vasitəsi ilə vaxtından əvvəl paketi yeniləyərsə, istifadə edilməmiş resurslar növbəti aya keçməyəcək.

Balansın yoxlanılması

Balansı yoxlamaq üçün *100#YES yığın. Xidmət pulsuzdur.

Zəngdən sonra balans haqqında bildiriş xidməti avtomatik olaraq nömrənizdə aktivdir. Əgər siz bu bildirişləri almaq istmirsizsə bu xidməti *506#0#YES yığmaqla deaktivasiya edə bilərsiz. Xidməti yenidən bərpa etmək üçün *506#YES yığın.

İnternet balansın yoxlanılması

İnternet balansını yoxlamaq üçün *134#559#YES yığın.

İnternet bitib və daha çox İnternet istəyirsiniz?

Yüksəksürətli İnternetdən istifadəni davam etmək üçün siz Sür@ İnternet paketi ala bilərsiz. İnternet paketləri haqqında daha ətraflı məlumat BURADA

Tarifim haqqında məlumat

Tarifiniz haqqında ətraflı məlumat almaq üçün *555#YES yığın yaxud “XL” yazıb 2220 nömrəsinə SMS göndərin.

Klass tarifində olan üstünlüklərdən hansı müddətdə faydalanmaq olar?

Paketdə daxil olanlar 1 ay müddətində etibarlıdır.

Əgər dəqiqələr 1 aydan tez bitərsə

Siz balansınıza pul yükləməklə sərfəli qiymətlərdən faydalanaraq aylıq müddət bitənə kimi, tarifdən istifadəni davam etdirə bilərsiz yaxud *210#YES yığmaqla tarifinizi yeniləyə bilərsiz.

Pulsuz WhatsApp

Pulsuz və limitsiz WhatsApp yazılı mesajlara şamil edilir. WhatsApp ilə şəkil, audio, video və başqa fayllar göndərildikdə/alındıqda yaxud applikasiyanın digər xidmətlərindən istifadə edildikdə balansınlzdakı İnternet trafikdən istifadə ediləcək. İnternet balansınız bitdiyi halda balansınızda 0 AZN olsa belə siz WhatsApp ilə yazılı mesajları pulsuz göndərə/ala bilərsiniz.

Bakcell-dən PULSUZ Wi-Fi

Klass abunəçiləri aylıq xidmət haqqını vaxtında ödədikdə Bakcell-in Wi-Fi şəbəkəsinə PULSUZ daxil ola biləcəklər. Bakcell-in PULSUZ Wi-Fi şəbəkəsi haqqında ətraflı məlumat BURADA.

Yeni təklifləri necə almaq olar?

21.09.2017 tarixinə kimi Klass XL tarifinə qoşulmuş abunəçilər, yeni təklifləri *210#YES yığmaqla aktivləşdirə bilərlər.