Bakcell
    Bakcell
    Loading...
    Xəta

    Xəta

    Bakcell abunəçilərinin nəzərinə
    04.06.2025

    “Bakcell” tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli  tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq.

    • Yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir.

           Qeyd: nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır.

    • 23.06.2025-ci il tarixindən etibarən “Günboyu 0”, “YeniDoğma”, “ƏlaSAAT”, “İLK”, “CİN 1”, “SevimliCİN”, “DoğmaCİN” və “GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 AZN təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq. 

           Qeyd: bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq.

    • Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır. Mövcüd tariflər üzrə nömrənin aktiv saxlaması müddətləri ilə bağlı məlumatı növbəti linkdən əldə edə bilərsiniz: https://www.bakcell.com/active-period-of-the-number-based-on-the-tariffs
    • 25.07.2025-ci il tarixindən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:

          - Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.

          - Saatlıq internet paketləri:

    İnternet Paketlərinin adı və həcmi  Qiymət (ƏDV daxil, AZN)  İstifadə müddəti
    1 saatlıq (limitsiz)0.991 saat
    3 saatlıq (limitsiz)1.993 saat

          - İri həcmli internet paketləri:

    İnternet Paketlərinin adı və həcmi  Qiymət (ƏDV daxil, AZN)  İstifadə müddəti
    3 GB8.9928 gün
    6 GB11.9928 gün
    13 GB18.9928 gün
    31 GB28.9928 gün
    56 GB38.9928 gün

          - Günlük və həftəlik internet paketləri:

    İnternet Paketlərinin adı və həcmi  Qiymət (ƏDV daxil, AZN)  İstifadə müddəti
    0.35 GB0.991 gün
    1.5 GB1.991 gün
    2 GB3.997 gün

          - Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.

          - Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.

          - Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.