download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
    03.06.2014

    85 xüsusi qayğıya ehtiyacı olan uşaq və ailələrinin iştirakı ilə UAFA Xaçmaz İƏR mərkəzinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək idi. Xaçmaz Rayon İcra Hakimiyyətinin Şöbə müdiri M.Yaqut xanım, şəhər Təhsil Şöbəsinin müdiri Mədinə xanım, ƏƏSMM-nin Xaçmaz üzrə direktoru Ülkər xanım, Xaçmaz Rayon İncəsənət məktəbinin direktoru Telnaz xanım,Xaçmaz Rayonunda fəaliyyət göstərən uşaq bağçalarının müdirləri, Word Vision təşkilatının əməkdaşları, ”Xaçmaz”qəzetinin müxbirləri  tədbirdə qonaq qismində iştirak edirdilər. Mərkəzdə fəaliyyət göstərən Rəqs dərnəyi üzvlərinin və inteqrasiya məqsədi ilə tədbirə dəvət almış Xaçmaz Rayon İncəsənət Məktəbinin  uşaqları ilə birgə rəqs nömrələri maraqla izlənildi və alqışlarla qarşılandı. Rəsm dərnəyi üzvlərinin çəkdikləri rəsmlərdən ibarət kiçik sərgini dəvət olunmuş qonaqlar heyranlıqla izlədilər. Qeyd edək ki, hər iki dərnək Bakcell şirkətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Bu dərnəklərdə qazandıqları bacarıqlar isə onların cəmiyyətdə bərabərhüquqlu fərd kimi iştirakını təmin edir. ”Uşaqlar fərqli  doğulsa da, onlara sevgi və qayğı eyni olmalıdır” deyən Xaçmaz RİH-nin şöbə müdiri Yaqut xanım Xaçmaz İƏR mərkəzinin keçirdiyi tədbirlərdə dəfələrlə iştirak etdiyini və qayğı səviyyəsindən razı qaldığını qeyd edib.