download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    1 MB internet = 1 qəpik indi Rusiyada!
    19.07.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahsına Rusiyanı da əlavə edib. Rusiyada səfərdə olan Bakcell abunəçiləri Meqafon mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər. Hazırda dünyanın 21 ölkəsində olan abunəçilərimiz bu imkandan yararlana bilirlər. Həmin ölkələrin siyahsı belədir: Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya, Macarıstan və s.   Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksəksürətli internet xidməti təklif etmək üçün rouminq tərədfaşları ilə danışqlar aparır. Səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artırırlar. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/bakcell-rouminq-app *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.