download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    2011-ci il Bakcell şirkəti üçün sürətli inkişaf ili olub
    21.02.2012

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, 2011-ci il şirkət üçün sürətli inkişaf ili kimi yadda qalıb. Müştəriləri ən yüksək keyfiyyətli mobil xidmətlərlə təmin etmək məqsədilə ötən illər ərzində şəbəkəmizə yatırılan iri həcmli sərmayələrin nəticəsi olaraq, bu gün Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Bu gün Bakcell şirkətinin 2.6 milyondan artıq aktiv abunəçisi var. 23 noyabr 2011-ci il tarixində - BakuTel sərgisində Bakcell şirkəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə öz 3G xidmətlərinin Sür@ ticarət nişanı altında kommersiya istifadəsinə verilməsini elan edib vəhəmçinin dördüncü nəsil texnologiyaların geniş imkanlarını nümayiş etdirib. Əhalini yüksək sürətli internetə giriş imkanı ilə təmin etmək üçün Bakcell şirkətinin şəbəkəsi ən qısa müddət ərzində 3G səviyyəsinə qədər modernləşdirilib. Hal-hazırda Bakcell şirkəti Azərbaycanın 62 şəhərində sürəti 28 mb/s qədər olan və bütün operatorlar arasında ən sürətli mobil internet xidmətlərini təklif etməkdədir. Bakcell-in 3G xidmətlərindən yararlanan istifadəçilərin sayı da gündən günə artmaqdadır. Bu gün 1 milyona yaxın  abunəçi Bakcell-in yüksək sürətli internet və 3G şəbəkəsinin üstünlüklərindən yararlanır. Mobil internetə ən rahat və limitsiz giriş təklif edən Bakcell şirkəti müştərilərimizin gündəlik ünsiyyəti və məlumat mübadiləsinə müsbət təsir göstərir. Bakcell-in 3G Sur@ xidmətinə uğurlu start verilməsindən sonra Azərbaycanda ilk dəfə olaraq abunəçilərə ən sərfəli internet paketlərlə birgə Opera Mini brauzerinin xüsusi versiyası təqdim edilib. 2011-ci ildə şirkətin gəlirlərində stabil bazar şəraitində 5% həcmində artım müşahidə olunub. Bundan əlavə, xidmət infrastrukturunu möhkəmləndirmək və müştərilərə ən üstün şəbəkə təcrübəsini təqdim etmək məqsədilə investisiya proqramını sürətləndirmək üçün Bakcell şirkəti 40 miliyon manat həcmində istiqraz buraxmışdır. Keçən il ərzində Bakcell şirkəti öz abunəçilərinə 30 kampaniya və 5 cəlbedici tarif paketi (HedsizCIN, QazanCIN, regional tariff, Klass 7, CINeration) təqdim edib. BlackBerry smatfonlarına olan tələbatı nəzərə alan Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq cəlbedici tariflərlə BlackBerry Social və Blackberry Complete xidmətlərini təqdim edib. Bundan əlavə, yeni CINeration tarifi istifadəyə verilib. CINeration tarifi xüsusi olaraq gənclər  üçün nəzərdə tutulan olduqca sərfəli bir mobil xidmətlər paketidir. Bakcell şirkəti Azərbaycanın hələ də yeganə mobil operatorudur ki, öz CINeration tarifi çərçivəsində abunəçilərə pulsuz zero.facebook xidmətini təklif edir. “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş müxtəlif təhsil proqramlarına öz dəstəyini göstərməkdədir. 2011-ci ildə Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq Opera Mini ilə Bakcell Sür@, Zero Facebook, Mobile Monday ilə rəsmi tərəfdaşlıq, parkur ustalarının iştirakı ilə televiziya reklamı,  “Nadir Tarix” televiziya layihəsi, “Leyli və Məcnun” musiqili tamaşası, “055” jurnalının nəşr edilməsi, şəhərin mərkəzində interaktiv reklam və s. layihələri uğurla həyata keçirib. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,  555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.