Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərindən 45 tələbə rəqabətli seçim nəticəsində “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak üçün seçilib. Proqram Bakcell-in dəstəyi və Alcatel-Lucent şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.Seçim mərhələsi 2010-cu ilin dekabr ayında təşkil olunub və 1-2-ci kurslarda təhsil alan 280 tələbəni cəlb edib. Seçilmiş tələbələrin siyahısı IMTB veb portalında www.imtb.mobi yerləşdirilib.İştirakçı tələbələr 2011-ci ilin fevral-mart aylarında Junior Achievement Azərbaycan təşkilatının işə hazırlıq və biznes etika təlimlərində iştirak edəcəklər. Mart ayında onlar mobil telekommunikasiya biznesinə aid Bakcell, Alcatel-Lucent və JA Azərbaycan təşkilatının birgə təlimlərinə qoşulacaqlar. Təlimlərdən sonra tələbələr əldə etdikləri bilik və təcrübəni iyun-iyul aylarında Bakcel və Alcatel-Lucent şirkətlərində təşkil olunacaq praktika proqramında tətbiq etmək imkanı qazanacaqlar.“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı Bakcell-in maliyyə dəstəyi və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabr ayında başlanıb. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes etika üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri Bakcell və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.Proqram barədə ətraflı məlumatı İMTB portalından www.imtb.mobi əldə edə bilərsiniz. Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin.Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.