undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı
pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Dubay şəhərində keçirilən
“Gulf Radical Cup” yarışında iştirak edib. “Bakcell” brendi altında yarışda
iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı turnirin bütün mərhələlərində
uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55 nömrə olan həmyerlimiz
yarışın standartlarına müvafiq 1.5 motor həcmli, 232 at gücü qüvvəsinə malik
maşınla çıxış edib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.
Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və
sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.