undefined tarifinin aktivləşdirilməsi üçün nömrənizin balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
₼
Əməliyyat uğurla başa çatdı
İntensiv rəqəmsallaşma dövründə mobil internetdən istifadənin həcmi hər gün artır. İstifadəçilər artıq iri həcmli məlumatlarla daha çox işləyir ki, bu, daha böyük tarif planlarına ehtiyac yaradır. Daim innovativ həllərlə abunəçilərin ehtiyaclarını nəzərə alan Bakcell şirkəti qeyd olunanları nəzərə alaraq 20 fevral 2024-cü il tarixindən etibarən ənənəvi MB paketlərini daha əlverişli GB paketi ilə əvəzləyəcək.
Daha yüksək həcmli paketlər, optimallaşdırılmış tarif siyasəti, tariflərə avtomatik keçid və hərtərəfli ünsiyyəti təmin edən yeni paketlər xidmətlərin hər zaman, hər yerdə əlçatan olmasını təmin edəcək. Beləliklə, daha yüksək həcmli və sürətli internet paketləri ilə daha çox qənaət etmək mümkün olacaq.
Bakcell şirkəti təkmilləşdirilmiş yeni aylıq, həftəlik və günlük internet paketlərini təqdim edir:
|
GB |
AZN |
AYLIQ |
1.5 |
6 |
AYLIQ |
3 |
9 |
AYLIQ |
6 |
12 |
AYLIQ |
13 |
19 |
AYLIQ |
31 |
29 |
AYLIQ |
56 |
39 |
HƏFTƏLİK |
1 |
3.5 |
HƏFTƏLİK |
2 |
4 |
GÜNDƏLİK |
0.35 |
1 |
GÜNDƏLİK |
1 |
1.5 |
GÜNDƏLİK | 1.5 | 2 |
Qeyd: Təkmilləşdirilmiş paketlər 20 fevral 2024-cü il tarixindən etibarən aktiv olacaq. Paketlərin aktivləşdirmə kodları dəyişəcək, yeni aktivasiya kodları abunəçiyə təqdim olunacaq. Həmçinin:
• Aylıq 500MB paketinə yeni qoşulmalar 20 fevral 2024-cü il tarixindən dayandırılacaq və mövcud istifadəçilər üçün aylıq abunə haqqı 4 AZN təşkil edəcəkdir.
• Həftəlik 60MB, həftəlik 300MB və günlük 150MB internet paketlərinə yeni qoşulmalar 20 fevral 2024-cü il tarixindən dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər.
• Aylıq 20GB+ internet paketinin yenilənməsi səbəbi ilə “Gecədən Səhərə Limitsiz” təklifi 20 fevral 2024-cü il tarixindən dayandırılacaq.
Abunəçilər göstərilən dəyişikliklər, şərtlər, tarif və internet paketlərinin digəri ilə əvəz olunması / imtina olunması və s. ilə bağlı məlumatları 7/24 fəaliyyət göstərən 555 Çağrı Mərkəzi, “Bakcell” mobil tətbiqi və www.bakcell.com saytından əldə etmək imkanına sahibdirlər.