download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Xiaomi smartfonları artıq Bakcell rəsmi mağazalarında!
    18.01.2024
    Xiaomi smartfonları artıq Bakcell rəsmi mağazalarında!

    Xiaomi smartfonları artıq Bakcell rəsmi mağazalarında!

    Ölkənin ən böyük özəl operatoru olan Bakcell abunəçilərinə yüksək texnoloji yenilikləri təqdim etməklə yanaşı, bu sahə üzrə fəaliyyət göstərən tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

     

    Bu dəfə şirkət smartfon bazarında dünya üzrə 2-ci yeri tutan Xiaomi brendinin rəsmi tərəfdaşı olması xəbərini abunəçiləri ilə paylaşıb.

     

    Güclü performansı və hər seqmentə xitab edən qiymətləri ilə diqqətləri cəlb edən Xiaomi smartfonları qlobalda olduğu kimi Azərbaycanda da ciddi səs gətirib. Fərqli texnoloji həlləri və yenilikləri ilə digər rəqiblərindən heç də geri qalmayan 6 fərqli Xiaomi smartfon modellərini bütün Bakcell rəsmi mağazalarından əldə etmək mümkün olacaq.

     

    210 AZN-dən başlayan qiymətlərlə təklif olunan smartfonları əldə etdiyiniz təqdirdə 3 ay müddətində hər ay 5 GB-dək sürətli internet paketi təqdim olunacaq.

     

    Şirkət bildirib ki, yaxın gələcəkdə bazarın ən texnoloji və geniş çeşidli brend və modellərini abunəçiləri üçün daha da əlçatan edəcək.

     

    Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir. Şirkət 7/24 fəaliyyət göstərən 555 Çağrı Mərkəzi, “Bakcell” mobil tətbiqi və  www.bakcell.com saytı ilə abunəçilərin xidmətindədir.