download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı
    02.10.2015
    “World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə “Bayıl Arena” stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini böyük məmnuniyyətlə elan edir. Mançester şəhərinin “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarında iştirak ediblər. Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib. Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək. “Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı “Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, “World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçisi” adına həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə Bakcell şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR FUTBOL OYNASIN!”, deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib. 2015-ci ildən başlayaraq, Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Manşesterə gedəcək. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.