download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “DoğmaCIN”dən sərfəli tarif: saatı 2 qəpiyə danışın!
    26.08.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin DoğmaCIN tarif planı bölgələrdə yaşayan abunəçilərin ən sərfəli mobil rabitə xidmətlərindən istifadə etməsinə imkan yaradır. Şirkət DoğmaCIN tarif planı çərçivəsində Bakcell abunəçilərinə çox sərfəli danışıq xidməti təklif edən yeni kampaniyaya start verir. Bu kampaniyanı abunəçilərə təqdim etmək üçün DoğmaCIN tarif paketinin siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə Xaçmaz, Mingəçevir və Qəbələdə konsert proqramları təşkil olunub və yeni reklam çarxları çəkilib. Qeyd edək ki, yeni kampaniya çərçivəsində DoğmaCIN abunəçiləri öz aralarında 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyir. Bunun üçün abunəçi “sevimli nömrə”sini seçərək aktivləşdirə{{buttons "*109#1#"}} 10-rəqəmli nömrə {{buttons "#C"}} yığmaqla) və saatı 2 qəpiyə danışa bilər. “Sevimli nömrə”nin ilk dəfə aktivləşdirilməsi PULSUZDUR, ikinci dəfədən başlayaraq 0.5 AZN təşkil edir. Ainur Abjanova, Bakcell-in Baş Marketinq Direktoru -  “Artıq bir il yarımdır ki, bölgələrdə yaşayan və Bakcell xidmətlərindən istifadə edən sakinlər ölkənin bəlkə də ən sərfəli tarifi olan DoğmaCIN-dən yararlanırlar. Həmin tarifdə şəbəkədaxili zənglərin qiyməti 2 qəpik, şəbəkəxarici zənglərin qiyməti isə sadəcə 4 qəpik təşkil edir.  İndi isə, Bakcell şirkəti DoğmaCIN tarifinin şərtlərini daha da sərfəli edərək, Sevimli nömrə seçib həmin nömrəyə saatı 2 qəpik qiyməti ilə zəng etmək imkanını yaradıb”.   Kampaniya ilkin olaraq Xaçmaz, Mingəçevir və Zaqatalada yaşayan Bakcell abunəçilərinin istifadəsinə verilib, sentyabr ayının 1-dən etibarən isə bütün bölgələrin əhalisi “DoğmaCIN”in sərfəli tarifindən yararlana bilərlər.  “DoğmaCIN”in yeni sərfəli tarifi haqqında ətraflı məlumatı bu linkə daxil omaqla əldə etmək olar: http://www.bakcell.com/az/dogmacin#lovelynumber *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.