download bakcell application logo

Backcell
Backcell
Elan
11.07.2011

“Baksell Ltd” MMC Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquq şirkətlərini “Baksell Ltd” MMC-nin abunəçiləri/müştərilərindən pul borclarının yığılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üzrə əməkdaşlığa dəvət edir. Maraqlanan hüquq şirkətlərindən aşağıda göstərilən məlumatları 24 iyul 2011-ci il tarixindən gec olmayaraq, “Baksell Ltd” MMC-nin info@bakcell.com elektron ünvanına göndərmələri xahiş olunur: Hüquq şirkətinin adı və hüquqi ünvanı Nizamnamə sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti (Nizamnamə, Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), kommersiya və hüquqi şəxslərin qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış, şirkətin müdirinin/direktorunun səlahiyyətlərini təsdiq edən əmr). Icra edilmiş borc portfelinin təxmini (ümumi) məbləği Fiziki və hüquqi şəxslərdən pul borclarının yığılması üzrə təmin edilmiş işlərin (iddia və əmr icraatı vasitəsilə təmin edilmiş işlər ayrı-ayrılıqda göstərməklə) tam siyahısı Yuxarıda qeyd edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası zamanı məhkəmə icraçıları ilə birgə işin təsviri