download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell”dən Klass abunəçilərinə növbəti fayda: bundan sonra istifadə etmədiyiniz internet, SMS və dəqiqələr növbəti aya əlavə ediləcək
    13.06.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Klass tarifində olan abunəçilərinə ölkədaxili dəqiqələrin, internet trafikin və SMS-lərin, istifadə olunmayan hissəsini növbəti aya keçirilməsini mümkün edən yeni təklifi təqdim edib. Belə ki, aylıq abunə haqqını vaxtında ödəyən Klass abunəçilərinin cari ay ərzində istifadə etmədikləri ölkədaxili dəqiqələri, internet trafiki və smsləri növbəti ayın paketinə əlavə ediləcək. “Abunəçilərimizi dəyərləndirdiyimiz üçün təqdim etdiyimiz məhsul və xidmətlərimizin siyahısına davamlı şəkildə innovasiyalar əlavə edirik. Bir müddən bundan öncə Klass tariflərində olan abunəçilərimizə Whatsapp-danpulsuz istifadə və 3 dəfədən çox internet trafiki ilə sevindirdik. Biz Klass tariflərimizə daha çox dəyər əlavə etməyə qərar verdik və indidən etibarən abunəçilərimizin sadiqliyi müqabilində onların istifadə etmədiyi ölkədaxili dəqiqə, sms və internet trafikini növbəti ayın balansına əlavə edəcəyik. İnanırıq ki, yeni təşəbbüsümüz abunəçilərimiz tərəfindən müsbət qarşılanacaq və xidmətlərimizdən daha çox faydalana bilmələri üçün onlara yeni imkanlar yaradacaq” deyə, Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.  İstənilən Klass tarifinə qoşulma pulsuz şəkildə həyata keçirilir. Aylıq abunə haqqı cəmi 5 manatdan başlayan müxtəlif Klass paketlərinin üstünlükləri barədə ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə etmək olar: http://www.bakcell.com/klass/az/klass Klass tarifində olan abunəçilərin balanslarından seçdikləri paketə uyğun aylıq abunə haqqı tutulur və bu məbləğ müqabilində onlara ölkədaxili dəqiqələr, internet trafiki, SMS və Whatsapp-dan pulsuz istifadə etmək imkanı təqdim edilir. Bu aylıq abunə haqqı hər ay müəyyən tarixdə abunəçilərin balansından sistem tərəfindən avtomatik şəkildə çıxılır. Bunu nəzərə alaraq yuxarıda qeyd edilən təklifdən tam faydalanmaq istəyən abunəçilər həmin tarixdə aylıq abunə haqqının çıxılması üçün nömrələrinin balansında kifayət qədər vəsait saxlamalıdırlar.   *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.