download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell”dən böyük kampaniya – Rouminqdə bu qiymətə İnternet olmamışdı
    31.10.2014
    “Bakcell”dən böyük  kampaniya – Rouminqdə bu qiymətə İnternet olmamışdı

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib. Noyabr ayının 1-dən etibarən bu ölkədə səfərdə olan Bakcell abunəçiləri rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər. Bu kampaniyaya qoşulan abunəçilər bazarda olan ən yaxşı təklifdən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0.25 AZN ödəməklə  istənilən vaxt “onlayn” olacaqlar.   Kampaniya çərçivəsində İnternetlə yanaşı zənglərə böyük endirim tətbiq olunub. Belə ki, CIN və Klass abunəçiləri üçün daxil olan zənglərin dəqiqəsi cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi 0.75 AZN təşkil edəcək. Gündəlik xidmət haqqı isə 0.35 AZN-dir. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.  “Biz abunəçilərimizin Bakcell xidmətlərindən istədikləri yerdə və istədikləri qədər istifadə edə bilmələri üçün rouminq xidmətlərimizi daim təkmilləşdirir, tariflərimizə yenidən baxır, partnyor ölkələrin və operatorların sayını artırırıq. BƏƏ abunəçilərimizin daha çox səfər etdiyi ölkələrdən biridir. Onların burada sərfəli tariflərdən istifadə edə bilməsi üçün biz Azərbaycanda ilk dəfə olaraq İnternetin qiymətini inanılmaz dərəcədə endirdik, eyni zamanda səs xidmətlərinə də ciddi dəyişiklik etdik. İnanırıq ki, bu təklif abunəçilərimizin ürəyincə olub”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.   Hazırda “Bakcell” şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatoru  ilə rouminq müqaviləsi mövcuddur və onların sayı artmaqdadır. Onu da əlavə edək ki, Bakcell abunəçiləri Azərbaycandan kənarda olarkən də öz nömrələrinin balansını artırmaq imkanına malikdirlər. Hazırda Rusiya, Qazaxıstan və BƏƏ-də beynəlxalq balansartırma xidmətindən istifadə etmək mümkündür. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.