download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir
    07.09.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin  Applab layihəsi öz startap ideyalarını birtaniyalı investorlara təqdim edib. Applab iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı  olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü (“QuizMindUp”, “Kvotter”, “Spinal” və “BraillePad”) xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. Layihələrin dəyərləndirilməsi “Wayra UK” şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar. “Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək. Qeyd edək ki, “Wayra UK” startap layihələrinə 70.000 ingilis funt sterlinqi civarında investisiya ayırır.  Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. Bakcell və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin  startap layihələrini  inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır. Hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib. “Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration keçidindən istifadə edərək qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.