Bu gün qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarında (Yasamal, Səbail, Qaradağ) Bakcell abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb. Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün Bakcell şirkəti tərəfindən təcili və effektiv tədbirlər görülüb.
Bakcell şikrəti, göstərilən xidmətlərdə yaranmış məhdudiyyətlərlə üzləşən abunəçilərdən üzr istəyir və daimi dəstəyinizə görə Sizə təşəkkür edir.