download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-in təqdim etdiyi "Azərbaycan: Səmadan Baxış" kitabı elektron formatda
    02.07.2013
    Bakcell-in təqdim etdiyi "Azərbaycan: Səmadan Baxış" kitabı elektron formatda

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə səmadan çəkilmiş şəkillərin misilsiz kolleksiyası olan "Azərbaycan: Səmadan Baxış" kitabının elektron versiyasını təqdim edir. Bu kitabda toplanan şəkillər Azərbaycanı yenidən kəşf etmək imkanı verməklə yanaşı, ölkəmizin rəngarəng və gözəl təbiətinə tam yeni bir baxış açısı yaradır. Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və tanınmış Alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb. 2012-ci ilin iyul ayında baş tutan foto çəkilişdən Bakcell tərəfindən seçilmiş 102 unikal şəkil "Azərbaycan: Səmadan Baxış" adlı kitabda toplanıb. Bu layihənin əsas məqsədi Azərbaycan təbiətini həmvətənlərimizə və xarici qonaqlara aydın şəkildə təsvir etməkdir. Kitabı oxumaq üçün aşağıdakı linkdən istifadə edin : www.bakcell.com/Azerbaijanfromtheair *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.