download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Azər TAc İnformasiya Agentliyi – “İnkişaf və İştirak üçün İdman” (İ3) layihəsi çərçivəsində “Oyun Günü” keçirilmişdir
    05.05.2011

    04.05.11-Azertag.com “İnkişaf və İştirak üçün İdman” (İ3) layihəsi çərçivəsində “Oyun Günü” keçirilmişdir Bakı, 4 may (AzərTAc). Mayın 4-də Bakı şəhərinin Nizami rayonunda yerləşən 1 və 3 saylı xüsusi təyinatlı internat məktəblərində, “Bakcell Ltd” MMC-nin maliyyə dəstəyi ilə “İnkişaf və İştirak üçün İdman” (İ3) layihəsi çərçivəsində “Oyun Günü” keçirilmişdir. Şən, inkluziv və təhlükəsiz idman, əsasən qızlardan ibarət futbol və voleybol oyunları, həmçinin fiziki hərəkətlərdən ibarət belə tədbir Təhsil Nazirliyi “De-İnstitutlaşma və Uşaq Müdafiəsi” və “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin həmin məktəblərdə təşkil etdiyi silsilə TOPs treninqlərindən sonra mümkün olmuşdur. Tədbirdə Bakcell şirkətinin Korporativ Əlaqələr şöbəsi, Təhsil Nazirliyi “De-İnstitutlaşma və Uşaq Müdafiəsi” İdarəsi, “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi, hər iki internat məktəbin rəhbərləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak etmişlər. TOPs proqramı fiziki tərbiyənin tədrisi üzrə britaniyalı mütəxəssislər tərəfindən hazırlanan və son 3 ildə Azərbaycanda uğurla sınaqdan keçirilən inkluziv, şən və təhlükəsiz idman, həmçinin fiziki hərəkətlərdən ibarət metodologiyadır. Növbəti mərhələdə hər iki internat məktəbindən 20 nəfər gənc lider seçilərək təlimatlandırılacaqdır. Bu gənclər fiziki tərbiyə dərslərinin, həmçinin uşaqların asudə vaxtının səmərəli təşkilində internatın müəllim-tərbiyəçi heyətinə kömək edəcəklər. Layihə çərçivəsində kursu bitirmiş müəllim-tərbiyəçi və gənc liderlərin vasitəsilə daha irimiqyaslı Oyun Festivalları keçirilməsi nəzərdə tutulmuşdur. Sosial Xidmətlər Təşəbbüsü təşkilatının əsas məqsədi bu oyunlar vasitəsilə uşaqların özünəgüvən hisslərinin artırılması, sağlam, həm də aktiv həyat tərzi seçməyə, onların cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi və sair inkişafına nail olmaqdır. Qeyd etmək lazımdır ki, (İ3) layihəsi “Beynəlxalq İdman Həyəcanı” proqramı ənənələrini davam etdirərək, uşaqları bədən tərbiyəsi və idmanla məşğul olmağa ruhlandırmaq və onların həyatını idmanın gücü vasitəsilə inkişaf etdirmək məqsədini daşıyır. Layihə haqqında əlavə məlumat əldə etmək üçün Sosial Xidmətlər Təşəbbüsü təşkilatının icraçı direktoru Mehman Kərimova müraciət etmək olar. Tel: (+12) 497 2307 Email: karimovmehman@yahoo.com mkarimov@ssi.org.az