download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Azər TAC İnformasiya Agentliyi - Sinqapur Olimpiya Oyunlarının və Trabzon Avropa Festivalının iştirakçıları Suraxanıdakı 7 nömrəli internat məktəbində olmuşlar
    05.09.2011

    Bakı, 4 sentyabr (AzərTAc). Ötən ilin avqustunda Sinqapurda keçirilmiş Yeniyetmələrin ilk Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançılar Trabzon Avropa Festivalından bu yaxınlarda qayıtmış həmkarları ilə birlikdə Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonundakı 7 nömrəli internat məktəbində olmuşlar. Məlum olduğu kimi, ötən ilin yayında yeniyetmə idmançılarımız Sinqapur Olimpiadasından Vətənə 8 (5 qızıl və 3 gümüş) medalla dönərək bu mötəbər yarışda 204 ölkə arasında 11-ci yeri tutmuşdular. Artıq bu uğurlu çıxışdan 1 il vaxt keçir. Məhz bu böyük qələbənin sevincini yenidən yaşamaq və tarixi əhəmiyyətə malik günü qeyd etmək üçün “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin və “Bakcell” MMC şirkətinin dəstəyi ilə idmançılar xüsusi qayğıya ehtiyacı olan həmyaşıdları ilə birgə şən, dinamik və təhlükəsiz oyunlardan ibarət yarışlarda iştirak etməyə qərar vermişlər. “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, Trabzon Avropa Festivalının iştirakçılarının da qatıldıqları görüşdə 7 nömrəli internat məktəbinin direktoru Qabilə Bağırova tədbirin əhəmiyyətindən və onun uşaqlara böyük sevinc bəxş etməsindən söhbət açmışdır. Bildirilmişdir ki, uşaqlar hər belə görüşü xüsusi intizarla gözləyir və tədbirdən sonra uzun müddət onun xoş təsiri altında olurlar. Hətta bu dəfəki görüşə onlar peşəkar idmançılarla yarışmaq üçün xüsusi qaydada hazırlaşmışlar. Milli Olimpiya Komitəsinin nümayəndələri Həsənağa Rzayev və Vaqif Həsənov bu tədbirin idmançıların erkən yaşlarından Olimpiya ruhunda böyüməsinə xidmət etdiyini xüsusi vurğulamışlar. Ayrı-ayrı sahələri təmsil edən bu 3 qurumun bir araya gələrək idmanın, Olimpiya hərəkatının ruhlandırıcı gücündən əqli və fiziki problemləri olan uşaqların inkişafı üçün istifadə etmələri ölkədə idmana verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirilmişdir. Tədbirin sonunda yarışda iştirak edən məktəbli uşaqlara idmançıların imzaladıqları toplar, idman köynəkləri hədiyyə olunmuş və xatirə şəkli çəkdirilmişdir. Xatırladaq ki, Sinqapur olimpiyaçılarının Suraxanı internat məktəbindəki fiziki və əqli problemləri olan uşaqlarla görüşünün təməli otən il avqustun 6-da qoyulmuşdur. Həmin vaxt idmançılar Sinqapur Olimpiadası ərəfəsində məktəblilər üçün şən, əyləncəli və təhlükəsiz oyunlar təşkil etməklə onların cəmiyyətə sosial inteqrasiyasına və digər sosial bacarıqlarının artırılmasına yardılmçı olmuşlar. Oyunlar zamanı uşaqlarla yaranmış xoş və maraqlı ünsiyyətin nəticəsi olaraq idmançılar Olimpiya Oyunlarından sonra da internat məktəbinə mütəmadi olaraq baş çəkəcəklərinə söz vermişdilər. Vədlərinə sadiq qalan olimpiyaçılar Yeni İli Suraxanı internat məktəbində uşaqlarla birlikdə qarşılamışlar. Ənənəyə çevrilmiş görüşə bu dəfə, göründüyü kimi, Trabzon Avropa Festivalının iştirakçısı olmuş idmançılar da qatılmışlar.