+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Mobil internetdən istifadəyə ehtiyacın daim artdığı dövrdə abunəçilər daha böyük tarif planlarına ehtiyac duyur. Bunu nəzərə alaraq, Bakcell şirkəti 1 mart 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərin internet trafikinin həcmini artıracaq:
- “Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1” tariflərinin abunəçiləri üçün internet trafikinin həcmi 5+ qat artırılaraq 150 MB-dan 1 GB-a dəyişəcək. Təklif olunan tarifin abunə haqqı 6 AZN təşkil edəcək.
- "Business 10 New" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 1 GB artırılaraq 3 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 12 AZN təşkil edəcək.
- "Business 15" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 GB artırılaraq 5 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 17 AZN təşkil edəcək.
- "Business 17 New" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 GB artırılaraq 8 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 19 AZN təşkil edəcək.
Qeyd: "Business 17 New" tarifinin aylıq ödəniş edən korporativ abunəçiləri üçün qiymət 17 AZN olaraq təyin olunacaq.
- "Business 25" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 dəfə artırılaraq 10 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 28 AZN təşkil edəcək.
- "Freestyle Ultra" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 15 GB-dan 20 GB-a dəyişəcək. Təklif olunan tarifin abunə haqqı olduğu kimi qalacaq.
Həmçinin:
- "Business 12" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 3 dəfə artırılaraq 3 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 14 AZN təşkil edəcək.
- "Business 17" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 dəfə artırılaraq 6 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 19 AZN təşkil edəcək.
- "Business 22" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 4 GB artırılaraq 9 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 24 AZN təşkil edəcək.
- "Business 32" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 5 GB artırılaraq 15 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 34 AZN təşkil edəcək.
- "Business 52" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 5 GB artırılaraq 55 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 54 AZN təşkil edəcək.
- “Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1”, “Government”, “BP Family”, “Business 5”, “Business 20”, “Professional”, “Business 10”, “Bakcell Freedom +”, “Freedom” tariflərinin danışıq dəqiqələri bitdikdən sonra fərdi abunəçilər üçün ölkədaxili zənglərin yeni qiymət strukturu 0.07 AZN olaraq dəyişəcək.
Xatırladaq ki, 18 mart 2024-cü il tarixindən etibarən (texniki səbəblərdən 15.03.24 tarixi 18.03.24-lə əvəzləndi) bəzi internet paketlərində də dəyişiklik olacaq:
Korporativ abunəçilər üçün
| İndividual
abunəçilər üçün | ||
GB | AZN | GB | AZN |
1.5
GB | 5
AZN | 1.5
GB | 6
AZN |
8
GB | 10
AZN | 6
GB | 12
AZN |
15
GB | 15
AZN | 13
GB | 19
AZN |
31
GB | 22
AZN | 31
GB | 29
AZN |
56
GB | 30
AZN | 56
GB | 35 AZN |
Abunəçilər göstərilən dəyişikliklər, şərtlər, tarif və internet paketlərinin digəri ilə əvəz olunması / imtina olunması və s. ilə bağlı məlumatları 7/24 fəaliyyət göstərən 555 Çağrı Mərkəzi, “Bakcell” mobil tətbiqi və www.bakcell.com saytından əldə etmək imkanına sahibdirlər.