2010-cu ilin dekabr ayında Bakcell, Alcatel-Lucent və Junior Achievement Azərbaycan təşkilatı yeni internet portalı – www.imtb.mobi təqdim edir. Bu portal vasitəsilə “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak edən tələbələr məsafəli tədrisdən istifadə etmək imkanı əldə edəcəklər. Proqramda iştirak edəcək tələbələrin seçimi və qiymətləndirməsilə yanaşı, İMTB portalı vasitəsilə işə hazırlıq və biznes etikası üzrə interaktiv təlimlər həyata keçiriləcək, mobil şəbəkənin fəaliyyəti və mobil telekommunikasiya sənayesində informasiya texnologiyalarının istifadəsi tədqiq olunacaq, bu sahədə baş verən innovasiyalar, WiMAX, LTE və 4G texnologiyalarının perspektivləri təhlil ediləcək.
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı Bakcell - in maliyyə dəstəyi və Alcatel-Lucent Azərbaycan şirkətilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabrında başlanmışdır. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes etikası üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri Bakcell və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.
Alcatel-Lucent şirkəti dünyanın 130-dan artıq ölkəsində fəaliyyət göstərən ümumdünya telekommunikasiya korporasiyasıdır. Şirkətin xidmətlərinə sabit, mobil və bir-nöqtəli şəbəkə təminatı, İP texnologiya, proqram təminatı və oxşar xidmətlər aiddir. Alcatel-Lucent kommunikasiya sənayesində innovasiya və elmi-tədqiqat işlərilə məşğul olan və bu sahədə dünyanın ən iri şirkətlərindən biri olan Bell Labs laboratoriyasının texniki və elmi təcrübəsindən istifadə edir.
Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır.
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.