Azərbaycanın ilk mobil operatoru olan Bakcell qürur hissi ilə bəyan edir ki, dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə Anlaşma Memorandumu imzalamışdır.
Bakcell və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq çərçivəsində Bakcell-in gənc işçilərinin AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.
Mərasimdə iştirak edən Bakcell-in Baş İcraçı Direktoru xanım İneke Botterin sözlərinə görə, “Bakcell və AIESEC arasındakı bu Anlaşma Memorandumu çox müsbət bir şəraitdə və faydalı əməkdaşlıq ruhunda hazırlanıb. Biz təlim fəaliyyətlərimizi genişləndirməkdən çox məmnunuq və AIESEC – lə tərəfdaşlıq Bakcell-in Azərbaycan gənclərinin təhsilinə sərmayə yatırmaq istəyinə gözəl bir nümunədir.”
Öz növbəsində AIESEC təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Aleks Apetrey bunları söyləmişdir: “Biz Bakcell-lə əməkdaşlığa başlamaqdan olduqca məmnunuq. İnanırıq ki, biz Bakcell-in fəaliyyətinə yeniliklər gətirəcəyik və Azərbaycanda, eləcə də dünyada müxtəlif mədəniyyətlərə mənsub olan gənclərin liderlik potensialını gücləndirmək missiyamıza öz töhfələrimizi verəcəyik.”
Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AIESEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır.
Abunəçilərinin sayı artıq 2 milyonu keçmiş Bakcell müştərilərinin ehtiyaclarını daim öyrənmək və onlara ən yaxşı xidməti göstərmək üçün 2010-cu ilin fevralında öz işçiləri üçün böyük Təlim Mərkəzini açmışdır. Bu günədək Bakcell aşağıdakı təlim layihələrinə vəsait ayırmışdır: Bakcell-in Mercer şirkəti ilə birgə həyata keçirdiyi rəhbər heyətin peşəkarlığının inkişafına yönəlmiş “Bakcell Formula” programı, Bakcell-in tələbələr üçün Bakcell Məzun proqramı, Bakcell və Junior Achievement Azərbaycan təşkilatının texniki fakultə tələbələri üçün “Mobil Telekommunikasıya Biznesinə Giriş” proqramı, eləcə də Bakcell və AIESEC təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı.
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.