download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell və Opera Software Opera Mini brauzerini təqdim edib
    01.12.2011

    Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti böyük məmnuniyyətlə dünyanın ən populyar mobil internet brauzeri olan Opera Mini proqramının yaradıcısı Opera Software ilə əməkdaşlığa başladığını elan edir. Bu əməkdaşlıq çərçivəsində Opera Software Bakcell abunəçilərinə mobil telefon vasitəsilə internetdən daha sürətli və rahat istifadəni təklif edən Opera Mini brauzerinin xüsusi versiyasını hazırlayıb.   Bakcell abunəçiləri Opera Mini vasitəsilə daha rahat və sürətli mobil internetdən istifadə edə biləcək, bununla da öz büdcələrinə qənaət edəcəklər. Opera Mini brauzerindən istifadə zamanı internet səhifələri digər mobil brauzerlərlə müqayisədə daha tez yüklənir. Xüsusi olaraq mobil telefonlar üçün hazırlanmış Opera Mini brauzeri veb səhifələri sıxmaqla məlumat axınını 90% -dək azaldır və yüksəksürətli internetdən istifadə zamanı pula qənaət etmək imkanını yaradır. Opera Mini brauzeri 3000-dən artıq mobil telefon modeli və ən populyar mobil platformalar tərəfindən dəstəklənir.  Bakcell Opera Mini istifadəçilərinə 0.19 AZN qiymətinə bir günlük və ya xüsusi kampaniya müddətində 1.99 AZN qiymətinə aylıq limitsiz internet paketlərini təklif edir. Bakcell abunəçiləri öz mobil telefonlarından m.opera.com ünvanına daxil olub Opera Mini brauzerini yükləyə bilərlər. Xidmət Blakberry istifadəçiləri istisna olmaqla, bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub. Müştərilər gündəlik və ya aylıq limitsiz internet paketini seçmək imkanına malikdilər. Bunun üçün gündəlik və ya aylıq paketə müvafiq olan “1” və ya “30” kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.  “Opera inanır ki, İnternetdən istifadə olduğu məkandan, istifadə etdiyi mobil cihazdan və gəlir səviyyəsindən asılı olmayaraq, hər bir  insanın universal  hüququdur. Məhz buna əsaslanaraq, biz Opera Mini brauzerini yaratmışıq”, deyən Opera Software şirkətinin Baş icraçı direktoru Lars Boylsen həmçinin bildirib ki, Opera şirkəti böyük fəxr hissi ilə Azərbaycanın ilk mobil operatoru və ölkənin internet istifadəçilərinin sürətli və rahat internet xidmətləri ilə təchiz edilməsi üçün əlindən gələni edən Bakcell şirkəti ilə əməkdaşlıq edir. Bakcell-in Baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, ölkənin ilk və ən sürətlə inkişaf edən mobil operatoru Bakcell ən son texnologiyalar vasitəsilə öz müştərilərinə müasir xidmətlərin ən geniş çeşidini təqdim etməkdədir: “Ən rahat və limitsiz mobil internet xidmətlərini təklif etməklə biz müştərilərimizin gündəlik ünsiyyəti və məlumat mübadiləsinə müsbət təsir göstərmək niyyətindəyik. Opera Mini sayəsində abunəçilərimiz internet trafikinə sərf olunan pul barədə fikirləşməyəcəklər. Onlar istənilən vaxt və yerdə öz sevimli internet saytlarını izləyə, vacib elektron məktublarını göndərə və ya dostlarla ünsiyyət saxlaya biləcəklər. Azərbaycanın ən dinamik mobil operatoru olaraq, biz abunəçilərimizə mobil internetin ən geniş və tam istifadə təcrübəsini təklif edirik”, deyə cənab Şirer əlavə edib. Bakcell və Opera Mini tərəfindən hazırlanmış Limitsiz İnternet Paketləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.