download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell və RİM yeni BlackBerry məhsulları təqdim edib
    26.12.2011

    Azərbaycanın İlk Mobil Operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Research in Motion (RIM) şirkəti ilə birgə yeni BlackBerry məhsullarını təqdim edib.  Bu məhsullar BlackBerry cihazlarından istifadə edən bütün Bakcell abunəçiləri (CİN, Klass və Gold) üçün nəzərdə tutulub. Yeni təklif Azərbaycanın mobil telekommunikasiya bazarında ilk dəfə olaraq, abunəçilərə BlackBerry xidmətlərinin geniş çeşidindən çox sərfəli qiymətə yararlanmaq imkanını verir.  “Hazırda minlərlə Bakcell abunəçisi BlackBerry xidmətlərindən istifadə edir və bu rəqəm gündən-günə artmaqdadır. Bakcell abunəçiləri arasında BlackBerry smartfonlarına artan tələbi nəzərə alaraq, biz böyük məmnuniyyətlə Azərbaycanda ilk dəfə olaraq cəlbedici qiymətlərlə BlackBerry Social və Blackberry Complete xidmətlərini təqdim edirik”, deyə  Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. Social 7 və Social 30 paketləri üçün Bakcell abunəçiləri muvafiq olaraq 7 gün üçün yalnız 3.33 AZN və 30 gün üçün yalnız 9.99 AZN ödəməklə limitsiz* internet trafikindən yararlana biləcəklər. BlackBerry Complete pakentindən istifadə etmək istəyən abunəçilərə isə Bakcell sadəcə 13.99 AZN qiymətinə 30 günlük paket təklif edir.  Yeni BlackBerry xidmətlərinin əsas xüsusiyyətləri aşağıdakı cədvəldə göstərilib: Xüsusiyyətlər BB Social BB Complete BBM     BBMail     BB-Built Social Networking Apps     Internet Browsing     App World     BB-Built IM Apps x   Option for Integrating Email Addresses (elektron poçt ünvanlarının inteqrasiyası imkanı) x 1 BlackBerry Protect x x BES Express x x Yeni paketləri aktivləşdirmək üçün sadəcə olaraq 7887 nömrəsinə SMS göndərin. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər *İnternetin keyfiyyətli istifadəsini təmin etmək məqsədilə ədalətli istifadə siyasəti tətbiq edilir. Trafik həcmi müəyyən həddə çatdıqda hər əlavə meqabaytın qiyməti 0.1 AZN təşkil edəcəkdir: Social 7 Paketi – 50 MB Social 30 Paketi – 300 MB Complete Paketi – 400 MB