Bakcell böyük qürur hissi ilə bəyan edir ki, Uşaqların Xilası təşkilatının “Quşcuğazın Hekayətləri“ layihəsini dəstəkləmək məqsədi ilə “Bakcell Stars” çərçivəsində keçirdiyi ilk SMS kampaniyasının uğurlu nəticəsi olaraq, bu layihənin ikinci mərhələsinə start verilir.
2010-cu ilin aprel ayında Bakcell şirkəti Uşaqların Xilası təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında uşaqlar üçün böyuk bir tədbir keçirdi. Tədbirdən sonra Uşaqların Xilası təşkilatının “Quşcuğazın Hekayətləri“ layihəsinin davam etdirilməsinə dəstək olaraq Bakcell abunəçiləri arasında SMS Kampaniyası başlandı. 1155 qısa nömrəsindən gələn sms-ə cavab verməklə hər bir Bakcell abunəçisi kampaniyaya 1 AZN və ya 450 kontur hədiyyə etmiş oldu və nəticədə 55,000 AZN məbləğində vəsait toplandı.
Bakcell abunəçilərinin dəstəyi ilə yığılan vəsaitlə Uşaqların Xilası təşkilatı Azərbaycanın 5 regionunda yerləşən 20 məktəbdə uşaqlar üçün teatr tamaşalarını və müəllimlər üçün təlimləri davam etdirəcək. Teatr tamaşaları vasitəsilə yaradıcı düşüncə tərzi və sağlam davranış mədəniyyətini təbliğ edən layihənin bu mərhələsində də əsas hədəf kimi uşaqlar arasında əməkdaşlığın yaxşılaşdırılması, problemlərin həll olunması, effektiv ünsiyyət, fəal iştirak və müstəqil qərar qəbul etmək kimi bacarıqların aşılanmasına xüsusi diqqət yetiriləcək. Uşaqların Xilası təşkilatı daha dolğun və stimulverici teatr səhnəcikləri hazırlamaq üçün gənc məktəbli iştirakçılara mentorluq etmək məqsədilə yuxarı sinif şagirdləri və professional aktyorlardan istifadə edəcək. Layihədə iştirak edən məktəblər arasında beş regional teatr müsabiqəsi keçiriləcək və müsabiqələrdə məktəblilərin özləri tərəfindən maarifləndirici səhnəciklər nümayiş olunacaq. Qalib olan beş məktəb Respublika üzrə Qala Tamaşa və ya Bakıda Milli Məktəblərarası Teatr Yarışmasında iştirak edəcək. Layihə 2010-2011-ci tədris ilində həyata keçiriləcək.
Bakcell-in Korporativ Sosial Məsuliyyət Proqramı olan “Bakcell Stars” qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. “Bakcell Stars” dörd beynəlxalq təşkilat: Save the Children (Uşaqların Xilası), SOS Uşaq Kəndləri, Azərbaycana Birgə Yardım (UAFA) və Sosial Xidmət Təşəbbüsləri təşkilatları ilə əməkdaşlıq edir.
Uşaqların Xilası təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olur. Təşkilat 1993-cü ildən bəri Azərbaycanda 1 millyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə, qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar həyata keçirir.
Bakcell-in xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.