Azərbaycanın ilk mobil operatoru Bakcell və Ultra şirkəti, Microsoft Gold Partner və LAR, korporativ müştərilər üçün nəzərdə tutulan, korporativ standart kimi Microsoft platformasını seçməyə hazır olan korporativ lisenziya proqramının – Microsoft Enterprise Müqaviləsinin imzalanmasını elan edirlər.
“Biz Microsoft Enterprise müqaviləsini imzalamağa şadıq. Bu müqavilənin imzalanması o deməkdir ki, Bakcell müştəri məlumatlarının təhlükəsizliyinə zəmanət verən məhsul və proqram kodlarının bütün yeni versiyalarını əldə edəcək. Digər üstünlük isə ondan ibarətdir ki, Bakcell müntəzəm olaraq qlobal inkişafla əlaqədə olacaq və şirkət əməkdaşları bütün yeni buraxılışlarla təlimatlandırılacaqlar”, – deyə Bakcelin Baş İcraçı Direktoru İnneke Botter bildirib.
“Ölkədə aparıcı mobil operarolardan biri olan Bakcell bizim ən böyük müştərilərimizdən biri olacaq. Biz, Ultra şirkəti olaraq Azərbaycanda ən böyük İT şirkətlərindən biriyik və Microsoft Enterprise Müqaviləsini təklif edə bilirik. Biz tamamilə əminik ki, Bakcell ilə əməkdaşlıq Azərbaycan bazarına çoxlu yeniliklər gətirəcək. Bakcell ilə gələcək əməkdaşlıq bizim üçün çox vacibdir”, – deyə Ultra şirkətinin Baş Direktoru Tahir Mirkişili bildirib.
Ultra idarəetmənin inkişafı üçün müxtəlif elektron həllər təklif edir və müştəriləri üçün xidmətin səmərəliliyini artırır.
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE – yüksəksürətli internet də təklif edir.
Bakcell-in məhsulları və xidmətləri haqqında ətraflı məlumatı 555-ə zəng vurmaqla əldə edə bilərsiniz. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.