download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər
    04.05.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.  “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib: Flapus QuizMindUp BraillePad Alkredit.az FoodLook Ustam Spinal Shrippy Tradimum 10. MobChannel11. Kvotter Wayra şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar. “AppLab layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. “AppLab” layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89 ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik” deyə, Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.  “Azərbaycandan gələn startap layihələrinin keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki, Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür” deyə, Wayra UK şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib. Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK, qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar. 2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.   “Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.   *** Wayra UK haqqında Wayra UK seçilmiş startaplara birbaşa maliyyələşdirmə və sürətləndirmə dəstəyi (birgə işləmək üçün mühit, əlaqələndirmə xidmətləri, mentorluq, Wayra-nın şəbəkəsi və “nou-hau”larına keçid, sahibkarlıq və biznes bilikləri üzrə təlimlər və s.) göstərir. Wayra UK şirkətlərdə bərabərlik payı müqabilində 50.000 ABŞ dolları həcmində maliyyə yatırımı və əlavə olaraq 70.000 ABŞ dolları dəyərində sürətləndirmə xidmətlərini və ya yerli valyuta ilə eyni ekvivalentdə məbləği təqdim edir. Yarandığı gündən etibarən dörd il ərzində Wayra 20-dən çox rəqəmsal sənayedə fəaliyyət göstərən 500-dən çox şirkət portfelinə malik olub.  “Telefónica” tərəfindən təqdim olunan 18 milyon avrodan artıq məbləğlə yanaşı, Wayra startaplarına üçüncü tərəflər (dövlət və qeyri dövlət strukturları)  tərəfindən 61 milyon avrodan çox vəsait yatırılıb. Hazırda portfeldə olan bütün şirkətlərin ümumilikdə maliyyə dəyəri 500 milyondan artıqdır. Wayra ümumilikdə “Telefónica Group” ilə əlaqəli sahibkarlıq və innovasiyaya aidiyyatı olan müxtəlif təşəbbüsləri özündə birləşdirən “Telefonica OpenFuture” açıq proqramının tərkib hissəsidir. Daha ətraflı məlumat üçün keçid: www.wayra.co.uk *** Telefonica OpenFuture haqqında “Telefónica OpenFuture” istedad və sahibkarlığın inkişafı istiqamətində “Telefónica”nın qlobal səviyyədə olan öhdəliyidir. 2014-cü ildən etibarən o, “Telefónica”nın açıq innovasiya təşəbbüsləri, müxtəlif fəaliyyətləri (Think Big, Talentum, Wayra, Telefónica Ventures, Amerigo and CIP´s açıq innovasiya fabrikləri fondu və birgə fəaliyyət məkanları) və layihə qruplarının koordinasiyası ilə məşğuldur. “Telefónica OpenFuture” fəaliyyətinin istənilən mərhələsində texnoloji yeniliklərə meyli olan, dövlət və qeyri-dövlət qurumları ilə tərəfdaşlıq edən və ya müstəqil çalışan insanlar və şirkətlərə maliyyə dəstəyi göstərməklə onları gücləndirir. Latın Amerikası, Avropa və Asiyada yerləşən 17 ölkədəki ofisləri və 600-dən çox startapları olan investisiya portfeli ilə Telefónica OpenFuture innovativ ideyaları müvəffəqiyyətli bizneslərə çevirməyə kömək edir. Daha ətraflı məlumat üçün keçid: www.openfuture.org