Bakcell müştərilərinə Daha Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün Xalq Bank-ın Azərbaycan üzrə bütün 13 filialında Bakcell-in xidmətlərinə görə ödəmə sistemi tətbiq edib. İndi Bakcell kontur kartlarından və on-line ödənişdən əlavə alternativ ödəmə üsulu də təklif edir. Bütün Cin, Klass və Gold abunəçiləri bankın filiallarına gedərək, nəğd pul ilə öz hesablarını artıra bilərlər. Buna görə heç bir xidmət haqqı tutulmayacaq.
2009-cu ilin göstəricilərinə görə, Xalq Bank Azərbaycanın kredit-maliyyə qurumları arasında və bankın aktivlərinin həcminə görə inamlı olaraq 4-cü yeri tutub.
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.