download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti “Bakcell Məzunu” proqramının ikinci fazasını elan edir
    29.02.2012
    Bakcell şirkəti “Bakcell Məzunu” proqramının ikinci fazasını elan edir

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti fevralın 28-də Qafqaz Universitetində “Bakcell Məzunu” proqramının ikinci fazasını elan edib. Layihənin əsas məqsədi Bakcell-in Texniki, Marketinq/Satış və Maliyyə şöbələrində təcrübə keçmək üçün yüksək intellekt səviyyəsinə və akademik istedada malik olan sonuncu kurs bakalavr və magistratura tələbələrini seçməkdir. Layihənin ikinci fazası Qafqaz, Texniki, Xəzər və Bakı Dövlət Universitetlərinin (Tətbiqi riyaziyyat və kibernetika fakultəsi) tələbələrini əhatə edəcək. Uyğun namizədlərin seçim prosesi dörd mərhələdən ibarət olacaq: tərəfdaş universitetlərdə təqdimat, tərcümeyi-halların qəbulu və tələbələrin seçimi. İlk üç mərhələ 2012-ci il fevralın 20-dən aprelin 6-na qədər keçiriləcək. Bakcell Məzunu Proqramının bütün mərhələlərini uğurla başa vuran tələbələr Bakcell şirkətində 2012-ci ilin aprelin 10-dan iyunun 10-qədər təcrübə keçmək imkanı qazanacaqlar. Bütün Bakcell Məzunlarına 250 AZN məbləğində təqaüd ödəniləcək. Ən uğurlu Bakcell Məzunları karyeralarını Bakcell şirkətində davam etdirmək imkanını əldə edəcəklər. Bakcell Şirkətinin Kadrlar Şöbəsinin Rəhbəri Nəzmirə Şirinova proqram barədə bunları deyib: “Biz qürur duyuruq ki, Bakcell Məzun proqramı 2011-ci ildə böyük uğur qazanıb. Yeddi nəfər tələbə seçim prosesini uğurla başa vuraraq Bakcell şirkətində üç aylıq tərcübə keçmək fürsəti əldə edib.  Onlardan üç nəfər hazırda karyeralarını Bakcell-in mühəndislik, maliyyə və marketinq şöbələrində davam etdirirlər”. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.