download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell “F1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir
    25.04.2023

    Bakcell Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb. Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan Bakcell bu dəfə yüksək sürətdən zövq alan Formula 1 azarkeşlərini sevindirəcək. 

    “Azərbaycanın ən sürətli mobil şəbəkəsi olan Bakcell Formula 1 təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq Formula 1, avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Klaus Müller bildirib. 

    Tərəfdaşlıq çərçivəsində “Formula 1” yarışlarındakı Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.

    Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran Prisinin tamaşaçılarına nümayiş etdirəcək.

    Bakcell şirkəti Formula 1 yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, Bakcell Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

    Qeyd edək ki, 2019-cu ildə Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi dəstəkçisi olub.

    “NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.