download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti İlin Mobil İnternet Provayderi adına layiq görüldü
    29.05.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, məşhur beynəlxalq “The Business Year” (TBY) nəşrinin mükafatına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və TBY jurnalının təşkil etdiyi “The Business Year: Azerbaijan-2014” buraxılışının təqdimat mərasimində Bakcell şirkəti “İlin Mobil İnternet Provayderi” elan edilib. “Biz İlin Mobil İnternet Provayderi adına layiq görüldüyümüzə görə çox şadıq. Apardığımız araşdırmalar göstərir ki, biz mobil modem və kiçik ekranlı cihazlar üçün nəzərdə tutulmuş data xidmətləri sahəsində hələ də liderik, lakin bizim əsas məqsədimiz internetdən kompüterlərdə deyil, telefonlarda istifadə edilməsi tendensiyasının artırılmasına yönəlib. Həm Bakcell brendi, həm Sür@ (“Bakcell”in 3G xidməti) brendi ən keyfiyyətli mobil data və mobil internet xidmətləri ilə məşhurdur. Buna görə də qeyd olunan müsbət cəhətlərin yüksək keyfiyyətə və funksionallığa malik olan Bakcell brend telefonları ilə birləşdirilməsi bizim üçün uğurlu bir addım idi. Bazarın təxminən 45%-i Sür@ xidmətindən istifadə edir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. “Biz böyük məmnuniyyətlə İlin Mobil İnternet Provayderi mükafatını Bakcell şirkətinin rəhbəri Riçard Şirerə təqdim etdik. Mobil telefonlar üçün internet tətbiqetmələrinin inkişaf etdirilməsi informasiya texnologiyaları və rabitə sektorunu kökündən dəyişdirməklə yanaşı, həm də bizim iş və yaşayış tərzimizi həmişəlik dəyişdirib. İlin Mobil İnternet Provayderi mükafatının sahibi bu il Azərbaycanda bu fəaliyyətin təşəbbüskarı olub. Özlərinin brend mobil smartfonlarını təqdim etməklə, onlar İnternetin mobil telefonlarda istifadəsinin artırılmasına səbəb oldular və bunun nəticəsində, İnternet trafikini 100 faiz artıra bildilər”, deyə TBY jurnalının baş redaktoru Leland Rays bildirib. Böyük Britaniyanın “The Business Year” nəşri hər il bir sıra ölkələrdə ilin ən yaxşılarını mükafatlandırır. Jurnalın Azərbaycana həsr olunmuş ilk nəşri 2011-ci ildə çap edilib.   *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.