Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olduğunu elan edir.
Bakcell-in sponsorluğu və Sür@ brendinin baş partnyorluğu ilə baş tutacaq NETTY, ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumilikdə ölkənin informasiya texnologiyaları bazarıının inkişafı məqsədilə yaradılmış birinci peşəkar milli mükafatdır. Başqa oxşar tədbirlərdən fərqli olaraq, həm Azərbaycanda, həm də regionda müntəzəm həyata keçirilən, bütün dünyadan yüz minlərlə İnternet istifadəçisini ətrafında birləşdirən NETTY Milli İnternet Mükafatı ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində peşəkarları üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən NETTY, bir neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.
Bakcell şirkəti qısa müddət ərzində populyarlaşan və ənənəyə çevrilən səsvermə və mükafatlandırma mərasiminə yenilik gətirəcək. Belə ki, namizədlərin qiymətləndirilməsi prosesi həmçinin sms səsvermə vasitəsilə həyata keçirəcək.
Netty 2012 Azərbaycanın Milli İnternet mükafatında iştirak etmək istəyən namizədlər ərizələrini 31 mart - 31 may tarixləri arasında qeydiyyatdan keçirməlidirlər.
NETTY 2012 nominantlarının müəyyən olunması üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi 1- 9 iyun tarixlərində həyata keçiriləcək.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfədaşları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil İnternet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.