download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell futbol üzrə Azərbaycan milli komandasının sponsoru oldu
    17.12.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsoru oldu. Dekabrın 17-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Bakcell arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb.    Son illərdə Azərbaycanda futbolun inkişafına xüsusi diqqət göstərən Bakcell şirkəti 2012-ci ildə FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 çərçivəsində AFFA ilə əməkdaşlığa başlayıb. Bu uğurlu başlanğıcdan sonra 2013-cü ilin yanvar ayında Bakcell və AFFA keçmiş 8-ci KM stadionunun "Bakcell Arena" adlandırılması və onun daha da modernləşdirilməsi ilə bağlı razılığa gəliblər. "Bakcell Azərbaycan milli futbol komandasına dəstək olmaqdan qürur duyur. Biz növbəti 5 il ərzində milli komanda və AFFA ilə birlikdə uğur qazanacağımıza inanırıq. Futbol bir xalq oyunudur, Bakcell isə xalqın mobil operatorudur. Ona görə də biz futbola bu qədər yaxınıq və bundan çox məmnunuq. Futbol eyni zamanda qlobal səviyyəli bir oyundur; o, bütün dünyada və bütün cəmiyyətlərdə insanların maraq dairəsindədir. Biz inanırıq ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir. Ona görə də biz AFFA ilə əməkdaşlıq şəraitində bütün ölkə ərazisini əhatə edən işlərə dəstək veririk. Azərbaycanın futbol azarkeşləri “Bakcell”in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk və bu məqsədlə AFFA ilə əməkdaşlıqdan məmnunuq", deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. AFFA-nın baş katibi cənab Elxan Məmmədov: "Azərbaycan futbolunun inkişaf etdirilməsi məqsədilə AFFA bir sıra şirkətlərlə əməkdaşlıq edir. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu şirkətlərdən biri olan Bakcell futbolumuza biganə deyil və bu idman növünün inkişafı naminə bizimlə əməkdaşlıq etməkdədir. Ötən il Azərbaycanda ilk dəfə FIFA turnirinin final mərhələsi təşkil olundu və U-17 qadınlararası dünya çempionatında bizim partnyorlarımızdan biri də Bakcell şirkəti idi. Bu gün bizim bir neçə birgə layihəmiz uğurla icra olunmaqdadır. Ümid edirəm ki, AFFA ilə Bakcell arasında imzalanan əməkdaşlıq müqaviləsi səmərəli birgə fəaliyyətimizə daha yaxşı zəmin yaradacaq". Dünyanın ən böyük futbol klublarından biri olan “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində yüksək səviyyəli futbolu Azərbaycana gətirən Bakcell şirkəti ölkəmizdə bu idman növünün inkişafında daha yaxından iştirak etmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərir. Bu gün Bakcell və AFFA-nın birgə həyata keçirdiyi “Futbol Bakcell ilə” proqramı çərçivəsində respublikanın bir çox rayonlarında və paytaxtda futbol infrastrukturunun yaxşılaşdırılması daxil olmaqla bütün səviyyələrdə və yaş qruplarında futbolun inkişafına dəstək göstərilir. “Bakcell Arena” stadionu, qadınlararası dünya çempionatı ilə yanaşı, bu ilin yaz-yay aylarında Gəncə, Sumyaqıt və Bakı şəhərində və digər bölgələrdə süni örtüklü futbol meydançaları yenidən qurularaq uşaqların istifadəsinə verilib, eyni zamanda respublikanın bütün bölgələrindən olan 8-12 yaşlı uşaqlar üçün Mançester Yunayted Yay Futbol Məktəbi təşkil olunub.          Bakcell Azərbaycan futbolunun inkişafına yönəlmiş layihələri dəstəkləməkdə davam edəcək.   *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.