Azərbaycanda ilk mobil operator olan Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirdi.
26-30 dekabr tarixlərində keçirilən kampaniyanın məqsədi kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək idi. Uşaqların Yeni ilini Şaxta babasiz təsəvvür etmək olmaz. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndərdilər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini ziyarət edərək, uşaqlara arzu etdikləri bayram hədiyyələrini təqdim etdi.
Bəzən uşaqların hədiyyədən çox, xoş sözlərə ehtiyacı olur. Bu sözləri ünvanına çatdırmaq üçün Bakcell-in Xidmət Mərkəzlərində mobil Şaxta babalar Bakcell-in ulduz formasında flayerlərini müştərilərə payladılar. Valideyn himayəsindən məhrum olan uşaqlara öz arzularını çatdırmaq istəyənlər bu ulduzların üzərində arzularını yazaraq Xidmər Mərkəzlərindəki qutulara atdılar. Şaxta baba bu məktubları yığıb uşaq evlərindəki uşaqlara çatdırdı. Ən maraqlı bayram təbrikinin müəllifi Bakcell şirkəti tərəfindən hədiyyə alacaq.
Kampaniyada 4 internat məktəbi: Ramanı əlillər evi, 21 saylı uşaq evi, 11 saylı xüsusi tipli internat məktəbi və Quba rayon xüsusi ümumtəhsil internat məktəbindən 270 uşaq iştirak etdi.
Bakcell-in Baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, “uşaqlar cəmiyyətin ən həssas nümayəndələridir və biz onların səsinin eşidilməsi üçün bu kampaniyanı həyata keçirdik. Məqsədimiz bayram ərəfəsində uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətimizi göstərmək idi.”
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.