download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti “Mançester Yunayted”in futbol məktəbini Azərbaycana gətirir
    05.06.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakcell ilə futbol” proqramı çərçivəsində tam yeni layihəyə start verir. Dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted" ilə əməkdaşlıq edən Bakcell Azərbaycan futboluna yatırım etməkdə davam edir.  Daha öncə “Bakcell ilə futbol” proqramı çərçivəsində “8-ci KM Stadionu”nu “Bakcell Arena”ya çevirən, Bakının müxtəlif rayonlarında tam təminatlı futbol meydançalarını istifadəyə verən Bakcell şirkəti, “Mançester Yunayted”in futbol məktəbinin məşqçilərini Azərbaycana gətirir. Bununla, futbola sərmaye yatırımını tam yeni müstəviyə çıxaran Bakcell, Azərbaycanlı gənclərə istedadlarını ortaya çıxarmaq və gələcəyin ulduzlarına çevrilmək imkanı yaradır. Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekxem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib. Azərbaycan Futbol Federasiyaları Assossiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) məktəbə seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 İyun tarixlərində Bakıda, “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər. Bakı və regionlar üzrə təşkil olunacaq seçim turlarının yer və vaxtları: 11-12 iyun, Gəncə ş. AFFA futbol meydançası (Nizami Gəncəvi küç. 26. “Deluxe” otelinin yanı) 14 iyun, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər Stadionu (İslamzadə küç.24) 17 iyun, Lənkəran şəhər Olimpiya Kompleksi (“Palmolife” otelinin yanı) 19 iyun, Sumqayıt ş. AFFA futbol meydançası (10-cu mkr, 1-ci binanın qarşısı) 21-22 iyun, Bakı ş. Bayıl Arena   Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib, əfsanəvi “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də, komandanın təlim-məşq bazasını görə biləcəklər. Layihənin başlanğıcı ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edən Bakcell-in Baş Marketing Direktoru Aynur Abjanovanın sözlərinə görə: “Mançester Yunayted və AFFA ilə birlikdə həyata keçirilən iki mühüm layihə vasitəsi ilə Bakcell şirkəti Azərbaycan futbolunun inkişafına böyük diqqət və qayğı göstərməkdədir.  Bu gün biz böyük məmnuniyyətlə bu iki layihəni birləşdirib, Azərbaycanda Mançester Yunayted Futbol Məktəbini təşkil etmişik. İnanırıq ki, ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan gənclər Azərbaycan futbolunun gələcəyinə öz qiymətli töhfələrini verəcəklər. Azərbaycanda keçiriləcək Mançester Yunayted Futbol Məktəbi məşhur brendlər, peşəkar futbol, gözəl məkanlar və gənc insanları bir araya gətirən unikal bir layihədir” Elxan Məmmədov (AFFA-nın baş katibi): "Sevindirici haldır ki, AFFA ilə Bakcell şirkəti arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir. Bir müddət əvvəl dünyanın tanınmış futbol veteranlarının iştirakı ilə start verilmiş "Futbol Bakcell ilə" layihəsi ictimaiyyətin böyük marağına səbəb oldu. Bunun ardınca AFFA və Bakcell daha bir diqqətçəkən layihənin icrasına başlamaq ərəfəsindədir. Bakcell tərəfindən dünyanın tanınmış klublarından olan "Mançester Yunayted" klubunun Futbol məktəbinin məşqçilərinin ölkəmizə dəvət olunması, onların burada seleksiya prosesi aparması futbolumuzun inkişafı üçün önəmli hadisədir. Ümidvaram ki, bu layihə çərçivəsində seçilmiş uşaqlar dünya futbolunun tanınmış simalarına çevrilə biləcəklər".     *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.