Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, Mançester Yunayted klubunun əfsanəvi hücumçusu Duayt York Bakcell və Mançester Yunayted arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək.
Yuneytedin “təbəssümlü qatili” klubun birdən üç titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri idi. 1998-ci ilin Sentyabr ayında Aston Villadan transfer olunan Trinidad və Tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında birinci pilləni tutdu, “Qırmızılar” isə titullar qazanırdı. York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli tandemlərdən biri edirdi.
Ruud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, Arsenala 22 dəqiqə ərzində etdiyi “het-trik”-dən sonra bütün Yunayted azarkeşləri üçün canlı əfsanəyə çevrilib. Duayt Old Traffordu 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanırdı.
Duayt Youk Bakcell şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək. Bu tədbirlərin sırasında Mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və Mayın 3-də Bakcell tərəfindən təşkil olunacaq Xeyriyyə Auksionunu xüsusi qeyd etmək lazımdır.
Xeyriyyə auksionunda yığılan pullar, ehtiyacı olan uşaqlara kömək məqsədilə, UNICEF təşkilatına veriləcək.
Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olaraq, 2.6 milyondan çox Bakcell müştərisi və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşiddə xüsusi və eksklyuziv kontenti təqdim edir.
***
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.