Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Qazax rayonunun Ermənistanla sərhəd olan Quşçu Ayrım və Məzəm kəndlərinin sakinləri ilə birgə Respublika Gününü qeyd edib. May ayının 30-da Bakcell əməkdaşları həmin kəndlərdə yaşayan 250 ailəyə ərzaq paketi paylayıblar. Bu təşəbbüs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax şöbəsinin təşkilati dəstəyi ilə həyata keçirilib. Ölkənin ucqar rayonlarında yaşayan əhalini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün əlindən gələni edən Bakcell, Quşçu Ayrım kəndində ötürücü stansiyaı quraşdıran yegənə mobil operatordur.“Bakcell şirkəti ucqar bölgələrdə yaşayan bütün vətəndaşlarımızı yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etməyə hazırdır. Biz daim bütün ölkə ərazisində şəbəkəmizin keyfiyyətini və mövcudluğunu nəzarətdə saxlayırıq. Biz mobil rabitə xidmətlərindən yararlanmaq imkanı olmayan ərazilərdə yaşayan sakinlərin müraciətlərinə dərhal cavab verməyə çalışırıq. Cəbhə xəttinə yaxın yerləşən əraziləri yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi ilə təmin etmək bizim əsas prioritetlərimzidən biridir,” deyə Bakcell şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer bildirib. Bir müddət əvvəl Quşçu Ayrım kəndinin bir qrup sakini Bakcell şirkətinə məktubla müraciət edərək, ətraf kəndlərdə yaşayan əhalinin Bakcell-in xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyini bildiriblər. Qeyd edilən kəndlərin ucqar ərazilərdə və Ermənistanla sərhəd zonasında yerləşməsinə baxmayaraq, müştəri məmnuniyyətinə xüsusi önəm verən və vətəndaşların ehtiyaclarına diqqətlə yanaşan Bakcell şirkəti əhalinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi üçün bütün səylərini birləşdirib. Məktuba cavab olaraq, qısa müddət ərzində ərazidə yeni stansiya quraşdırılıb. Nəticədə artıq həmin kəndlərdə yaşayan əhali yüksək keyfiyyətli rabitə xidməti ilə təmin olunub və indi əhali Bakcell şirkətinin xidmətlərdən yüksək səviyyədə istifadə edə bilir.
***Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.