download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət proqramları vasitəsilə uşaqlar üçün inklyuziv təhsil imkanı yaradır
    06.06.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil edib. “Azərbaycana Birgə Yardım” və “SOS Uşaq Kəndləri” təşkilatlarının yetirmələri olan 100 nəfərə yaxın uşaq xüsusi əyləncə proqramına qatılıb. Bakcell şirkətinin müxtəlif təşkilatlarla əməkdaşlığı çərçivəsində korporativ sosial məsuliyyət proqramları (KSM) xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxlayır. SOS Uşaq Kəndləri ilə birgə həyata keçirilən “İKT akademiyası” layihəsi çərçivəsində Bakı SOS Uşaq Kəndində texniki avadanlıqlarla təchis edilən xüsusi təlim otağında kompüter kursları, mühasibatlıq 1C, müsahibə qabiliyyəti və CV yazmaq, mobil telefon təmiri, kompüter təmiri, audi-video çəkilişi və digər mövzularda müxtəlif faydalı təlimlər keçirilib. Korporativ Sosial Məsuliyyət proqramlarına xüsusi diqqətlə yanaşan Bakcell  şirkəti ötən ildə bir sıra uğurlu layihələrə imza atıb. “İnkişaf Naminə İdman” ictimai birliyi ilə birgə həyata keçirilən “Bərabər imkanlar və inklyuziyaya aparan yol” adlı layihə çərçivəsində müxtəlif dərəcəli əlilliyi olan 20 uşaq kompyuter sahəsində bilik və bacarıqlarını artırmağa yönəlmiş təlimlərdə iştirak ediblər. Təlimlər Xəzər Universitetində yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzində keçirilərək əlilliyi olan uşaqların üç ay müddətində ali təhsil ocağına inteqrasiyasına şərait yaradıb. Cari layihənin növbəti mərhələsi Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklyuziv təhsil həyata keçirən ümumtəhsil məktəblərinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı komputer avadanlığını təqdim etməkdən ibarətdir. Junior Achievement Azərbaycan təşkilatı ilə əməkdaşlıq çərçivəsində ali təhsil ocaqlarının tələbələri üçün Biznes Etikası, İşə hazırlıq və karyera qurulmasında vacib olan digər mövzularda təlimlər keçirilib. Bundan əlavə tələbələrin gələcək karyeraları üçün faydalı olan xüsusi menecment və iqtisadi simulyasiya proqramları tələbələrə təqdim olunub. Layihə çərçivəsində bilik əldə etməklə yanaşı tələbələrə Bakcell şirkəti tərəfindən iş təcrübəsi əldə etmək imkanı da təklif olunub.   Bakcell şirkəti özünün KSM proqramları cərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələrin və tələbələrin gələcək karyeraları üçün faydalı olan müxtəlif proqramların miqyasını ildən ilə genişləndirir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.