download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Konturdan Manata keçidi uğurla başa çatdırdı
    04.05.2011

    Azərbaycanda ilk mobil operator olan Bakcell, CIN abunəçilərinin kontur tarif sistemindən manat sisteminə keçidinin uğurla başa çatdırıldığını böyük məmnuniyyətlə elan edir. Bakcell Klass və Gold abunəçiləri üçün manat tarifini artıq tətbiq edirdi. Mayın 5-dən etibarən CIN abunəçiləri də manat hesablama sisteminə keçirildi. Şirkətin baş icraçı direktoru Riçard Şirer keçidlə bağlı bunları deyib: “Bakcell keçid prosesinin abunəçilər üçün rahat şəkildə keçməsi üçün ciddi tədbirlər görüb və xeyli resurs və vəsait sərf edib. Konturdan manata keçidin arxasında sadə bir məntiq dayanır: Azərbaycan bazarında mobil xidmətlərdən istifadə və hesablamaların standartlaşdırılması və beləliklə də abunəçilərə qiymətləri daha asanlıqla müqayisə edərək azad seçim imkanının verilməsi. Bakcell abunəçiləri təklif etdiyimiz qiymətlərin Azərbaycan bazarında ən sərfəli olduğuna bir daha əmin olacaqlar.” Bakcell-in baş kommersiya direktoru cənab Krasimir Genovun sözlərinə görə, Bakcell abunəçiləri əvvəlki kimi istifadə etdikləri mobil xidmətin bütün üstünlüklərindən faydalana biləcəklər. “Biz tarif siyasətimizi dəyişməmişik. Əvvəlki kimi, sadə və cəlbedici məhsullarımız olan SevimliCIN, SevinCIN və QoshaCIN tariff paketlərini daha sərfəli qiymətlərlə təklif etməkdə davam edirik. SevimliCIN tarif paketinin üstünlükləri: 5 sevimli nömrə arasında danışığın dəqiqəsi 3 qəpik Ən sərfəli şəbəkədaxili danışıq qiyməti – pik saatlarında dəqiqəsi 6 qəpik, qeyri-pik saatlarda  4 qəpik 1 SMS-in qiyməti cəmi 3 qəpik QoshaCIN tarif paketinin üstünlükləri: Qoşa nömrələr arasında danışığın dəqiqəsi olduqca sərfəli qiymətə, cəmi 1 qəpik Qoşa nömrələr arasında SMS-in qiyməti 1 qəpik Şəbəkədaxili zənglərin qiyməti – pik saatlarında dəqiqəsi 8 qəpik, qeyri-pik saatlarda  4 qəpik SevinCIN tarif paketinin üstünlükləri: Bütün istiqamətlərə zənglər eyni qiymətə-dəqiqəsi 8 qəpik Şəbəkədaxili danışıq qiyməti qeyri-pik saatlarda  4 qəpik 1 SMS-in qiyməti cəmi 3 qəpik CIN tarif paketləri SevimliCIN QoshaCIN SevinCIN Şəbəkə-daxili 6 qəpik 8 qəpik 8 qəpik Şəbəkə-xarici 12 qəpik 12 qəpik 8 qəpik Sevimli nömrələr 3 qəpik 1 qəpik - SMS 3 qəpik Qoşa nömrələr arasında  1 qəpik Digər nömrələrə 3 qəpik 3 qəpik MMS 8 qəpik 8 qəpik 8 qəpik Internet (1mb) 25 qəpik 25 qəpik 25 qəpik Meloton (1 ay keçərlidir) 80 qəpik 80 qəpik 80 qəpik CINKredit 80 qəpik (xidmət haqqı 16 qəpik) 80 qəpik (xidmət haqqı 16 qəpik) 80 qəpik (xidmət haqqı 16 qəpik) CIN abunəçiləri öz balanslarını pul vahidi ilə artırmaq üçün əvvəlki qaydada üzərində manat nominalı göstərilən danışıq kartlarından istifadə edəcəklər. Ancaq bu kartlarla yükləmə edildikdə abunəçinin balansına kontur yox, kartın üzərində göstərilən pul miqdarı yüklənəcək. Abunəçinin balansında mayın 5-dək yüklənmiş kontur qaldıqda istifadə edə biləcək. Kontur sistemində olduğu kimi, abunəçilər hər bir zəng və SMS-dən sonra öz balansları barədə SMS bildiriş alacaqlar. SMS-də həm kontur, həm də pul balansları ayrı-ayrılıqda göstəriləcək. Konturlar bitdikdən sonra, abunəçi pul balansını istifadə edəcək. Yeni CIN abunəçiləri faydalı başlanğıc kampaniyası çərçivəsində 50 SMS və 1 il ərzində hər ay 25 şəbəkədaxili bonus dəqiqə almaqda davam edəcəklər. Əvvəllər konturla verilən bonuslar aşağıdakı qaydada manat dəyəri ilə əvəz olunacaq: SevimliCIN abunəçilərinə verilən 1000 kontur 2 AZN-ə bərabər olacaq SevinCIN abunəçilərinə verilən 500 kontur 1 AZN-ə bərabər olacaq QoşaCIN abunəçilərinə verilən 120 kontur 25 qəpiyə bərabər olacaq, bu, QoşaCIN tarif paketinə daxil olan cüt nömrələr arasında 25 şəbəkədaxili danışıq dəqiqəsi deməkdir. CIN tarif paketlərinin manatla qiymətləri haqqında ətraflı məlumat üçün xahiş edirik 555-ə zəng edin. Pulsuz məlumat üçün SMS nömrələri: QoşaCIN – 5502, SevimliCIN – 5505, SevinCIN – 5510. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.