Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə təhsil və idman sahələri üzrə həyata keçirdiyi layihələr çərçivəsində uşaq və gənclərin inkişafına daim dəstək göstərməkdən qürur hissi duyur. Bakcell şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq görülüb. Şirkətin Təhsil və Korporativ Filantropiya kateqoriyaları üzrə layihələri 1-ci yerlərə, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə 3-cü yerə layiq görülmüşdür.
AmCham təşkilatının “CSR Excellence Award” mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfəsini vermiş üzv şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu mükafata namizəd şirkətləri seçmişdir.
“TOPs Proqramı – müasir təhsil texnologiyalarının tətbiqi ilə şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsinin icrasına 2014-cü ilin dekabr ayından başlanılıb. Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləməkdir. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanıb. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanacaq. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçiriləcək.
Korporativ Filantropiya nominasiyası üzrə 1-ci yerə layiq görülmüş Bakcell şirkətinin Mançester Yunayted Futbol Məktəbi (MUSS) layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan gəncləri arasından istedadların üzə çıxarılması və gələcək futbol ulduzlarının yetişdirilməsi üçün imkan yaratmaqdır. Azərbaycanda həyata keçirilən Mançester Yunayted Futbol Məktəbi layihəsi gənc insanları, məşhur brendləri, peşəkar futbolu və möhtəşəm yerləri bir araya gətirən nadir layihədir. Dünyanın ən məşhur futbol klublarından biri olan “Mançester Yunayted” futbol klubunun tərəfdaşı olaraq, Bakcell Azərbaycan futbolunun inkişafına investisiya yatırmaqda davam edir.
Bakcell şirkətinin 3-cü yeri tutmuş “AppLab” layihəsinə ötən il start verilıb. Bu innovativ mobil developer layihəsi gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Sözügedən layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələrini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.