undefined tarifinin aktivləşdirilməsi üçün nömrənizin balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
₼
Əməliyyat uğurla başa çatdı
Qısa zamanda abunəçilərə altı innovativ məhsul
təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən
biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Bakcell” rebrendinq zamanı
“Meta” və “Alphabet” kimi dünyanın aparıcı brendləri ilə işləyən İspaniyanın
qlobal konsaltinq şirkəti - “Saffron”la əməkdaşlıq edib.
“Bakcell”in son aylarda abunəçilərə təqdim
etdiyi innovativ məhsullar arasında “Tarif Məsləhətçisi”, “VoWifi”,“Star
Portfolio”, “Birinci Tarif”, “Bakcell Kart” və “Fiber1” yer alır. Şirkət, həmçinin
icra etdiyi sosial layihələri milli qürur fəlsəfəsi altında həyata keçirməklə
sektorda lider mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, "Felis Mükafatları"
19 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və
kreativlik baxımından fərqlənən layihələri dəyərləndirir. 2022-ci ildən etibarən
bu müsabiqə Azərbaycan üzrə də təşkil edilir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın
ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç
milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə
Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif
ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.