download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell bonus və hədiyyə kampaniyalarının müddətini uzatdı
    01.12.2009

    Bakcell «Hər vaxtınız xeyir» və « Faydalı başlanğıc» bonus kampaniyalarının müddətini bu ilin sonuna qədər uzadır. «Biz bu kampaniyaların böyük maraq doğuracağını gözləyirdik, amma hazırda müşahidə etdiyimiz satış həcmi bizim ən nikbin proqnozlarımızdan da artıqdır, - Bakcell Kommersiya Direktoru Krasimir Genov qeyd etdi– Daha dəqiq desək, bu kampaniyaların başlanğıcından (sentyabrın əvvəli) noyabrın ortalarına qədər 230 mindən artıq yeni nömrə satılmışdır».Bundan əlavə bütün Peşəkar Klass abunəçiləri üçün hədiyyə kampaniyasının da müddəti uzadılıb. Bu kampaniya çərçivəsində abunəçilər hər ay 100 pulsuz SMS, 35 MB pulsuz yüksəksürətli İnternet traffiki və Səsli Mesaj Xidmətlərinə pulsuz zəng etmək imkanı əldə edirlər. «Yenilənmiş Peşəkar Klass tarifi Klass xəttindən olan bütün tariflərin ən münasibi və sərfəlisidir, – Krasimir Genov qeyd etdi. – Buna görə də, son aylarda digər Klass tariflərindən istifadə edən bir çox abunəçilərimiz bizə müraciət edərək onları Peşəkar Klass tarifinə keçirməyi xahiş etmişlər. Müştərilərin istəklərini operativ şəkildə icra etmək üçün və onların mənfəətləri barədə düşünərək biz qərara aldıq ki, istənilən digər Klass tarifindən Peşəkar Klass tarifinə keçid pulsuz həyata keçiriləcək».Xatırladaq ki, «Faydalı başlanğıc» kampaniyası çərçivəsində bütün yeni Cin abunəçiləri il ərzində 12 000 pulsuz kontur və hədiyyə olaraq 50 SMS əldə edəcəklər.«Hər vaxtınız xeyir» kampaniyası çərçivəsində Bakcell hər kontur kartına verilən hədiyyə konturlarının sayını artırdı. Aldığınız kontur kartının nominalı nə qədər böyük olarsa Bakcell Sizə bir o qədər çox bonus kontur hədiyyə edəcək. kartlarının qiymətlərikontur+ bonus kampaniyasıcəmietibarlıdır (konturların yükləndiyi gündən)  1 AZN  300  150  450  10 gün  2 AZN  700  250  950  30 gün  6 AZN  2400  500  2900  150 gün  10 AZN  5000  500  5500  150 gün  20 AZN  11250  750  12000  150 gün