download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell bonus və hədiyyə kampaniyalarının müddətini bu ilin sonuna kimi uzadır
    05.12.2009
    Bakcell bonus və hədiyyə kampaniyalarının müddətini bu ilin sonuna kimi uzadır

    Bakcell müştərilərinə Daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq və rəqiblərlə müqayisədə onlara daha çox önəm verərərək, «Hər vaxtınız xeyir» və “Faydalı başlanğıc” adlı bonus kampaniyalarının müddətini ilin sonuna qədər uzadır. “Biz gözləyirdik ki, bu kampaniyalar uğur qazanacaq. Ancaq hazırkı satış həcminə nəzər salsaq, bu bizim ən nikbin proqnozları belə geridə qoydu”, deyə Bakcell-in Kommersiya işləri üzrə Direktoru Krasimir Genov qeyd edib. “Xüsusilə, bu kampaniyalar başlayandan, yəni sentyabrın əvvəlindən noyabrın sonuna kimi biz 280 min yeni nömrə satmışıq. Bu da əhəmiyyətli dərəcədə Bakcell abunəçilərinin sayının 2 mln-a çatmasına xidmət edir”.   «Hər vaxtınız xeyir» kampaniyasının bir hissəsi olaraq Bakcell hər ödəniş kartı üçün hədiyyə konturlarının sayını artırıb. Belə ki, ödəniş kartının qiyməti nə qədər bahalı olarsa, Bakcell-in bonus konturlarının sayı da bir o qədər çox olar. “Faydalı başlanğıc” aksiyası çərçivəsində isə bütün yeni Cin abunəçiləri sonrakı 12 ay ərzində 12 000 pulsuz kontur və 50 pulsuz SMS hədiyyə ala biləcəklər.Bundan başqa bütün Klass Professional abunəçiləri üçün hədiyyə aksiyasının müddəti uzadılıb. Bu aksiya çərçivəsində abunəçilər hər ay 100 pulsuz SMS, 35 MB pulsuz yüksəksürətli İnternet-trafik və Səsli poçta pulsuz zəng etmək imkanı əldə edəcəklər. “Klass qrupuna daxil olan Yenilənmiş Klass Professional tarifi ən sərfəli tariflərdən biridir”, Krasimir Genov bildirib. Buna görə də son aylar ərzində bizim yeni Klass abunəçilərimizin və Klass “Peşəkar” tarifinə keçmək istəyən digər abunəçilərimizin xahişlərinin sayı artıb. Bizim müştərilərin müraciətlərinə operativ cavab verərək və onların mənfəətini düşünərək, biz qərara aldıq ki, Klass tarifindən Klass “Peşəkar” tarifinə keçid pulsuz həyata keçiriləcək”.