download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell Məzunu” proqramı üzrə universitet tələbələrinin qəbulu başa çatdı
    17.01.2011
    “Bakcell Məzunu” proqramı üzrə universitet tələbələrinin qəbulu başa çatdı

    Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki Universitetləri ilə birgə “Bakcell Məzunu” proqramına tələbə qəbulunu başa çatdırıb. “Bakcell Məzunu” proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Seçim turunu uğurla başa vuran yeddi tələbə Bakcell şirkətində üç ay müddətində təcrübə keçmək imkanı qazanıb. Seçilən tələbələr Bakcell-in Şəbəkə Mühəndisliyi, Müştəri Təcrübəsi, Tənzimləmə, Korporativ Əlaqələr və Maliyyə Şöbələrində təcrübə keçəcəklər. “Bakcell Məzunu” proqramının finalçılarının adları ilə tanış olun: Toğrul Əyyubbəyli – Qafqaz Universiteti Rafi Rəhimov - Qafqaz Universiteti Məmməd Şahmalıyev - Qafqaz Universiteti Musaxan Əzizov – Azərbaycan Texniki Universiteti Roza İsmayılova - Qafqaz Universiteti Vüqar Qasımov - Qafqaz Universiteti Süleyman Əliyev - Qafqaz Universiteti Bakcell-in baş icraçı direktoru xanım İneke Botter ötən həftə finalçılar ilə Bakcell-in Baş Ofisində keçirilən görüş zamanı bunları deyib: “Bizim məqsədimiz odur ki, gənclər telekommunikasiya biznesi üzrə daha çox biliyə malik olsunlar . “Bakcell Məzunu” proqramına universitetlər tərəfindən göstərilən dəstək bizi bu işdə çox ruhlandırır. Bakcell-də təcrübə keçməklə tələbələr bu qabaqcıl biznes sahəsi ilə yaxından tanış olacaq və bu sahədə karyera qurmaq imkanları barədə öyrənəcəklər.” Tələbələr təcrübə proqramı müddətində təhsil aldıqları universitetlərin professorları və Bakcell-in müxtəlif şöbələrinin mütəxəssisləri ilə sıx işləyəcəklər və proqramın sonunda universitetləri üçün tezis təqdim edəcəklər. Hər tələbəyə 250 AZN məbləğində aylıq təqaüd veriləcək.  Proqramı uğurla başa vuran məzunların Bakcell şirkətində işə götürülməsi istisna edilmir. Qeyd edək ki, Bakcell gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırıb. Bakcell və Junior Achievement Azərbaycan təşkilatının texniki fakültə tələbələri üçün “Mobil Telekommunikasiya Biznesinə Giriş” təlim proqramı, Bakcell və AIESEC  təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün Bakcell Məzunu proqramı bu layihələr sırasındadır. Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.