download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif: “Bakcell” bu gün xərclədiyinizin hamısını növbəti gün sizə qaytarmaqla yanaşı GəlirliCIN tarifində zənglərin qiymətini 25% endirir
    22.07.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bu gündən etibarən GəlirliCIN tarifində olan abunəçiləri üçün “Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir. Kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir. Bu kampaniyadan GəlirliCIN tarifidə olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda GəlirliCIN tarifində olan bütün abunəçilər bu təklifə miqrasiya olunaraq dərhal daha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100% olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar. Bu kampaniya çərçivəsində əldə olunan bonus balansını abunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə edə bilərlər. Bonus internet paketini almaq üçün istifadə oluna bilməz. Bakcell şirkəti eyni zamanda GəlirliCIN tarifində 25%-lik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib. Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir. Qeyd edək ki, GəlirliCIN tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar. Digər tariflərdə olan abunəçilər isə “GəlirliCIN”ə qoşularaq bu kampaniyadan faydalana bilərlər. GəlirliCIN tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı www.bakcell.com saytından və ya *555#YES kodunu yığaraq GəlirliCIN tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün “3” rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.   Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.