download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell növbəti “Smart Start” təcrübə proqramını elan edib
    24.04.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir. Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlələ tanış olmaq imkanı əldə edəcəklər. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar. http://www.bakcell.com/az/student-opportunities səhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq və müraciət göndərmək olar. Qeyd edək ki, ötən il “Smart Start” təcrübə proqramına  1500 nəfərdən çox namizəd müraciət etmişdi. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən və yüksək nəticələr nümayiş etdirən gənclərin bir neçəsi  Bakcell  tərəfindən daimi iş yeri ilə təmin olunub. Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.    *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.