download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti diller şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir
    13.12.2010

      Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti müştərilərinə “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq daima inkişaf edir. Bu strategiyaya uyğun olaraq, Bakcell yeni Dilerlər Vasitəsilə Müştəri Xidməti və Gold Satışı layihəsinə başlayıb.  Bakcell müştəri xidmətləri məntəqələrinin sayını artırıb. İndi Bakcell abunəçiləri Azərbaycan üzrə 96 satış nöqtəsində şirkətin xidmətlərindən istifadə edə bilər. Bu satış məntəqələrinin 29-u Bakıda, 67-si isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla müxtəlif rayonlarda fəaliyyət göstərir. Azərbaycan üzrə Bakcell loqotipi ilə fəaliyyət göstərən bütün dükanlarda abunəçilərə 65 növ yüksək səviyyəli xidmətlər göstərilir. Buraya CİN, Klass və Gold tariflərinin aktivləşdirilməsi və dəyişdirilməsi, Blackberry xidmətləri, beynəlxalq rouminq və sevimli nömrələr kimi xidmətlər daxildir. Bakcell-in baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə,yüksək səviyyəli müştəri xidməti biznesin əsasıdır: “Biz müştərilərimizi məmnun etmək üçün yeni strategiyalar və proqramlar hazırlayırıq. Abunəçilərin daima dəyişən tələblərinə cavab vermək üçün Bakcell öz dilerlərinə xüsusi təlimlər keçir.” Bakcell-in diler dükanları və digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.