Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini ən mükəmməl data və səs xidmətləri ilə təmin etmək məqsədi ilə şəbəkəyə sərmayə yatırmaqda davam edir. Dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan Huawei şirkəti ilə birlikdə Bakcell əsas şəbəkənin unifikasiyası layihəsini uğurla başa çatdırıb.
Səs şəbəkə domeninin unifikasiyası prosesi 2012-ci ilin avqust ayında başlayıb. 2013-cü ilin avqust ayından etibarən səs trafiki tam olaraq yeni, yüksək həcmli və ehtiyat funksiyasına malik kommutasiya avadanlığı uzərindən ötürülməkdədir.
Unifikasiya edilmiş yeni əsas şəbəkə Təkmilləşdirilmiş Telekom Kompüter Arxitektura platforması əsasında qurulub. Gələcək nəsil telekommunikasiya avadanlığı üçün əsaslı və etibarlı vasitə sayılan bu platforma, Bakcell şəbəkəsinə yüksək tutum və çeviklik verərək abunəçilərin etimadını doğrultmaq üçün ən mükəmməl xidmətin göstərilməsinə imkan yaradacaq.
Unifikasiya edilmiş yeni şəbəkə LTE texnologiyasına tam olaraq uyğun gəlir və gələcəkdə LTE üzərindən göstəriləcək səs xidmətləri üçün hazırdır.
“Bizim strategiyamız Bakcell müştərilərini ən üstün şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə ən mükəmməl şəbəkə texnologiyalarının tətbiq edilməsidir. Abunəçilərimizə təklif etdiyimiz qabaqcıl xidmətlərin təkmilləşdirilməsi və ən üstün keyfiyyətin təmin edilməsi üçün bu il bir neçə layihəyə start verilib. Bu layihələrdən biri də məhz əsas şəbəkənin unifikasiyası layihəsidir. Bu layihə Bakcell şəbəkəsinin Azərbaycan bazarında ən müasir şəbəkəyə çevirir və onun gələcək texnologiyalarının tətbiqinə tam hazır olduğunu nümayiş etdirir”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
Bakcell şirkəti həmçinin texnologiyalardan birgə istifadə layihəsini başa vuraraq tam etibarlı və coğrafi cəhətdən geniş şəbəkə qurub. Texnologiyalardan birgə istifadə trafikin şəbəkənin bütün kommutasiya elementləri arasında avtomatik ötürülməsini və fövqalədə hadisələr zamanı xidmətin mövcudluğunu təmin etmək imkanı verir.
Bakcell cari ilin əvvəlində ümumi şəbəkə tutumunun artırılması və Huawei OSN avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək üçün bütöv transmissiya şəbəkəsinin modernizasiyasını həyata keçirib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Huawei haqqında
Huawei şirkəti dünyanın aparıcı informasiya-kommunikasiya həlləri təchizatçısıdır. Müştərilərin tələblərinə ünvanlanan innovativ həllərimiz və inkişaf etmiş partnyor şəbəkəmiz sayəsində biz telekommunikasiya şəbəkələrini və terminalların quraşdırılmasında böyük nəticələrə nail olmuşuq. Biz operatorlar, şirkətlər və yekun istifadəçilərə rəqəbətədavamlı həllər və xidmətlər təklif etməklə onlar üçün maksimum səmərəli şərtlər yaratmağa çalışırıq. Bizim xidmət və həllərimizdən dünyanın 140 ölkəsində, planetin üçdə bir hissəsi istifadə edir.