download bakcell application logo

Backcell
Backcell
Bakcell bir telefon zənginin maksimal müddətini uzatdı
25.12.2009

Bakcell bir telefon zənginin maksimal müddətini uzatdı. “Son aylar üzrə göstəricilərimizi araşdırarkən müəyyən etdik ki, bizim abunəçilərimiz hər ay getdikcə daha çox danışır və bu da bizi çox sevindirir. Bizim üçün abunəçilərimizin istifadə etdiyi rabitənin yalnız yüksək keyfiyyətli və fasiləsiz olması deyil, həm də abunəçilərin bu ünsiyyətdən maksimal dərəcədə həzz alması vacibdir. Məhz bu səbəbdən də biz bir zəngin müddətini iki dəfə – yəni 60 dəqiqəyə qədər artırdıq” – Bakcell-in kommersiya direktoru Krasimir Genov qeyd etdi. “Ümumiyyətlə, bu ilin 50 həftəsi ərzində abunəçilərimizin mobil telefonları ilə danışıq müddəti keçən ilin eyni dövrü üzrə olan göstəricidən 1.5 dəfə artıq olmuşdur ” – K.Genov bildirmişdir.