download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell yeni Satış və Xidmət Mərkəzinin açılışını edib
    27.07.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Şirkət H.Z.Tağıyev küçəsi, 19 ünvanında yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Bu xidmət mərkəzi Bakcell abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Şəhərin mərkəzində yerləşən bu mərkəzdə abunəçilər həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış ola və müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər. “Abunəçilərimizə daha yaxın olmaq üçün Bakının mərkəzində istifadəyə verdiyimiz bu yeni Satış və Xidmət Mərkəzi innovativ yanaşma baxımından digərlərindən fərqlənir. Burada hər şey abunəçilərin rahatlığı üçün düşünülüb. İnnovativ mobil operator olaraq abunəçilərimizin xidmət və məhsullarımızdan daha rahat şəkildə faydalanmaları üçün müasir dövrün tələblərini mütləq şəkildə nəzərə alırıq. Bu şirkətimizin dinamik inkişafının tərkib hissəsidir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.